SƏNAYE

Bayandur Rzayev qərb bölgəsində baytarlıq baxışı keçirib - FOTOLAR
04 İYUN
221

Bayandur Rzayev qərb bölgəsində baytarlıq baxışı keçirib - FOTOLAR

2018-06-04 14:22:00

2-3 iyun 2018-ci il tarixlərində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) rəisi vəzifəsini müvəqqəti icra edən Bayandur Rzayev ölkəmizin Qərb bölgəsinin-Qazax, Tovuz və Goranboy rayonlarının sərhəd kəndlərində səfərdə olub. Səfər əhalinin fərdi təsərrüfatlarında saxlanılan heyvanların xəstəliklərə qarşı profilaktik peyvəndlənməsi, şəffaflığın təmin edilməsinə nəzarət və heyvan sahibləri ilə görüşlər keçirmək məqsədi ilə təşkil olunub.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Səfər çərçivəsində B. Rzayev Ermənistanla həmsərhəd olan Qazax rayonunun Məzəm kəndində, həmçinin digər cəbhəyanı ərazilər - Tovuz rayonunun Əlibəyli və Yuxarı Öysüzlü kəndlərində, Goranboy rayonunun Tapqaraqoyunlu kəndində fermer və sahibkarla görüşüb. B.Rzayev xırdabuynuzlu heyvanların “Rev-1” ştammı, iribuynuzlu heyvanların “S-19” ştammı ilə brusellyoz xəstəliyinə qarşı profilaktiki peyvəndləmə tədbirlərinin aparılması, brusellyoz və iribuynuzlu heyvanların yoluxucu nodulyardermatit xəstəliklərinə, xırdabuynuzlu heyvanlarda dabaq xəstəliyinin A, O tiplərinə qarşı aparılan peyvəndləmə tədbirlərinə nəzarət məqsədi ilə baytarlıq baxışı keçirib.

Görüşlərdə B.Rzayev heyvanların sağlamlıq durumuna dair aparılan baytarlıq tədbirlərinin keyfiyyətindən, şəffaflığın təmin edilməsi istiqamətində görülən işlərdən, heyvanların baytarlıq-sanitariya qaydalarına uyğun saxlanılmasından və peyvəndləmələrin əhəmiyyətindən danışıb.

Dövlət Xidmətinin rəisi vəzifəsini icra edən Bayandur Rzayev görüşlərin sonunda fermerlərə müvafiq tövsiyyələrini verib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, ölkədə iti yoluxucu xəstəliklərin qarşısını almaq üçün rayon (şəhər) baytarlıq idarələri kifayət qədər dərman preparatları, dezinfeksiya və dezinseksiya maddələri ilə təmin edilib. Respublikada iti yoluxucu xəstəliklərə görə epizootik vəziyyət sabitdir və bu sabitliyin qorunub saxlanması istiqamətində profilaktik və təşkilati tədbirlər mütəmadi olaraq davam etdirilir.

Eləcə də bax: Azərbaycan yetişdirilən güldən hazırlanan yağın 1 litri 12 min avroya satılır - REPORTA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9810
  • ₽ RUB
    0.0269