SƏNAYE

Heydər Əliyev adına Neft Emalı Zavodu təmirə bağlanacaq
31 MAY
457

Heydər Əliyev adına Neft Emalı Zavodu təmirə bağlanacaq

2018-05-31 16:38:00

Heydər Əliyev adına Neft Emalı Zavodu oktyabr ayında planlaşdırılmış illik əsaslı təmirə bağlanacaq. Bunu SOCAR-ın Emal üzrə vitse-prezidenti David Məmmədov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, illik əsaslı təmir işləri neft emalı zavodu ilə yanaşı, “Azərkimya” İstehsalat Birliyinin Etilen-Polietilen Zavodunda isə 40-45 gün ərzində dayandırıla bilər: “Vəziyyət işin gedişatından asılı olaraq dəyişə bilər”.

D. Məmmədov bildirib ki, Heydər Əliyev adına Neft Emalı Zavodunda istehsalın dayandırılması zamanı daxildə "Ai-92" markalı benzinə mövcud ehtiyatlardan çox ehtiyac yaranarsa, Rusiyadan benzin idxal ediləcək və bununla  bağlı saziş iyun ayında imzalanacaq.

D. Məmmədov qeyd edib ki, idxal üçün ən əlverişli bazar Rusiyadır. “Bu həm logistika baxımından, həm qiymət, həm də keyfiyyət baxımından sərfəlidir. Lakin bu markalı benzinin idxalı daxili tələbatdan asılıdır. Bizim fikrimizcə, kifayət qədər benzin ehtiyatı mövcuddur. Lakin yay mövsümündə daxildə hansı həcmdə "Ai-92" markalı benzinə tələbat olacağını müəyyən etmək çətindir. Benzin istehlakı may ayı göstəricisi ilə eyni olarsa, o zaman yaradılan ehtiyatlar kifayət edəcək, idxala ehtiyac yaranmayacaq. Lakin tələbat may göstəricilərini üstələyərsə, bu markalı benzin idxal ediləcək," – deyə D. Məmmədov bildirib.

Eləcə də bax: Çin şirkəti Hövsanda aqropark layihəsinə 140 milyon dollar xərcləyəcək - FOTOLAR

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9649
  • ₽ RUB
    0.0260