SƏNAYE

Samuxda yaz əkin sahələri 6 min hektarı ötüb
11 MAY
167

Samuxda yaz əkin sahələri 6 min hektarı ötüb

2018-05-11 13:03:00

İqtisadiyyatının əsasını müxtəlif kənd təsərrüfatı bitkilərinin istehsalı təşkil edən Samux rayonunda yazlıq bitkilərin əkini davam edir.

Rayon Statistika İdarəsindən bildirilib ki, 2018-ci ilin yanvar-aprel aylarında Samuxda 6 min 206 hektar sahədə yazlıq bitkilər əkilib. Bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 18,4 faiz çoxdur.

Bu il sahələrdə 876,5 hektar dənli və dənli paxlalılar, 692 hektar çoxillik otlar, 2 min 326,5 hektar dən üçün günəbaxan, 230,5 hektar kartof, 557,5 hektar tərəvəz, 938 hektar emal üçün şəkər çuğunduru, 138,5 hektar bostan, 432 hektar pambıq və 14,5 hektar birillik otlar əkilib.

Rayon icra hakimiyyətinin informasiya təminatı və analitik təhlil sektorunun müdiri Elmar Qarayev bildirib ki, sahələrin suvarılması və kənd təsərrüfatı texnikası ilə təminatı həll edilib. “Hazırda sahələrdə fermerlər və təsərrüfat sahibləri tərəfindən həm ekstensiv, həm də intensiv yolla əkin aparılır. Ekstensiv əkin daha çox təyinatı dəyişdirilən və əkin dövriyyəsinə cəlb edilmiş yeni torpaqlarda, intensiv əkin isə təsərrüfat sahiblərinin əvvəlki illərdə müəyyən təcrübə qazandıqları sahələrdə tətbiq edilir. Hər iki halda fermerlər və təsərrüfat sahibləri sahələrə düzgün aqrotexniki qulluq göstərərək məhsuldarlıq dövründə yüksək məhsul tədarük etməyi planlaşdırırlar”, – deyə E.Qarayev qeyd edib. (Azərtac)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254