SƏNAYE

Ağdaşda 1640 hektardan çox pambıq əkilib
02 MAY
184

Ağdaşda 1640 hektardan çox pambıq əkilib

2018-05-02 09:55:00

Ağdaş rayonunda pambıq əkini prosesi uğurla davam edir. Rayon Kənd Təsərrüfatı İdarəsindən bildiriblər ki, artıq 20 gündür kəndlərdə çiyid səpini aparılır. Bu məqsədlə sahələrə 15-ə yaxın kənd təsərrüfatı texnikası cəlb olunub. Bu günədək 1643 hektar sahədə pambıq əkini aparılıb. Bu il rayonda ötən ildəkindən 200 hektar çox, yəni 3 min 200 hektar sahədə pambıq əkini nəzərdə tutulur. Bunun üçün torpağın şumu çıxarılıb, gübrə verilib, arat işləri və səpinqabağı mala çəkilməsi işləri görülüb. Fermerlər lazımi qədər toxum və gübrə ilə təmin olunublar.

Bu il rayonun 67 kəndində pambıq əkini aparılacaq. Bu məqsədlə Ağdaş rayon Kənd Təsərrüfatı İdarəsi ilə 113 fermer arasında 1500 hektar, “Ucar MKT” ilə 61 ağdaşlı fermer arasında isə 1700 hektar sahədə pambıq əkini üçün müqavilə bağlanılıb. Pambıq sahələrinin suvarılması və torpağın şor sulardan təmizlənməsi üçün lazımi tədbirlər görülüb. Rayondakı pambıq sahələri Yuxarı Şirvan kanalı, Türyançay və Kür çayı vasitəsilə suvarılır.

Qeyd edək ki, ötən il rayonda 3000 hektar sahədə pambıq əkilib, 3697 ton məhsul yığılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9852
  • ₽ RUB
    0.0255