SƏNAYE

Azərbaycan ilə İran birgə neft şirkəti yaradacaq
01 MAY
258

Azərbaycan ilə İran birgə neft şirkəti yaradacaq

2018-05-01 14:42:00

Azərbaycan ilə İran Xəzər dənizində kəşfiyyat və hasilat işlərini həyata keçirəcək birgə neft şirkəti yaradacaqlar. Bu sözləri İranın neft nazirinin müavini Əmir Hüseyn Zamani yerli mətbuata açıqlamasında deyib. Onu sözlərinə görə birgə şirkətin yaradılması cari il martın 28-də İran Prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri zamanı tərəflər arasında razılaşdırılıb. Hazırda İran tərəfi lazımi işləri həyata keçirərək yeni birgə şirkətin qurulmasının hüquqi əsasını hazırlayır. Birgə şirkət hər iki tərəfə iqtisadi səmərə gətirəcək.

Nazir müavini onu da nəzərə çatdırıb ki, İran ilə Qərb ölkələri arasında nüvə proqramına dair imzalanmış razılaşma pozulsa bu Azərbaycan ilə neft və qaz sahəsindəki əməkdaşlığa heç bir təsir göstərməyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9245
  • ₽ RUB
    0.0252