SƏNAYE

Evdə hidroponika sistemi qurmaq üçün nələr lazımdır?
30 APREL
398

Evdə hidroponika sistemi qurmaq üçün nələr lazımdır?

2018-04-30 12:27:00

Öncə, sistemi evinizin hansı hissəsində quracağınıza qərar verməlisiniz. Hidroponika sisteminin qurulacağı yer bağ, eyvan, zirzəmi və ya qapalı otaq ola bilər. Amma bütün bu yerlərdə fərqli bir sistem və avadanlıq lazımdır. Məsələn, eyvana quracağınız sistemdə bitkiyə görə süni işıqlandırmaya ehtiyacınız olmayacaq, ancaq istixanalarda olduğu kimi temperaturun sabit qalması üçün ətrafını şüşə ilə örtməlisiniz. Sisteminizi zirzəmizə və ya işıq olmayan bir qapalı otaqda qoysanız, məhsulu süni işıqlandırma ilə  yetişdirə bilərsiniz. Bu sistemin nə qədər yer tutacağına qərar vermək vacibdir.

Bazarda iki növ hidroponik sistem var:

1. Boru tipi hidroponiklər

Həmçinin maye hidroponiklər kimi tanınır.

2. Qab tipi hidroponiklər

Həmçinin damcı suvarma hidroponikası kimi tanınır.

Boru tipli hidroponik sistem daha çox faydalıdır. Daha çox bitki qidalandırmaq olar, ancaq bu bir az bahalı sistemdir. Bu səbəbdən, bu yazıda daha sadə qab tipli hidroponik sistemin quruluşundan məlumat verəcəyik.

Qab tipli hidroponik sistemin quraşdırılması haqqında yazmazdan əvvəl, bu sistemin iş prinsipini qısa bir şəkildə qeyd edək. Məlum olduğu kimi, bitkilər normalda torpağa bağlı yaşayıb inkişaf edərlər. Onlar lazım olan bütün qidalı mineralları və suyu torpaqdan alırlar. Hidroponik sistemdə isə torpaq olmadığı üçün bir bitk ehtiyacı olan qida və mineralları həll olunmuş şəkildə sudan alır. Bir qabın içində müəyyən miqdarda olan suya hazır bitki qidası qoymaqla başlaya bilərik. Ancaq önəmli olan bəzi detaylar var. Məsələn: suyun PH dəyəri, temperaturu və suya heç bir işığın təsir etməməsi…

Sistem üçün aşağıdakı materiallara ehtiyacımız var:

Tünd rəngli, qapaqlı Su Hovuzu (Bu bağlı plastik bir paltar səbəti belə ola bilər).

Su nasosu (Hidroponik sistemlər üçün hazırlanmış xüsusi su nasosları satılmaqdadır).

Hava nasos (Sadə bir akvarium hava nasosu işinizi görər). 

Su pompasının pompalayacağı qidalı su üçün uyğun ölçülərdə qara bir xortum. 2 metr uzunluğunda bir xortum işinizi görər.

Pompadan çıxan qidalı suyu paylayan bir xortum paylayıcı. Tək girişli altı başlıq üçün paylayıcı kifayətdir. Bu paylayıcının xortumla eyni ölçüdə olmasına diqqət edin.

Hidroponik saxsı (hidroponik deşikli saxsı kimi tanınır).  Sadəcə bunların hər biri eyni ölçüdə olmalıdır.

Drel ve dişli yumru drel ucu. Bu drel ucun hidroponik dipçəklə eyni ölçülərdə olmasına diqqət edin.

Hidroton, Vermikulit ya da perlit. Bunlardan birini almanız yetərlidir. Bunlardan  birini əkəcəyiniz bitkinin fidanını dipçəyə qoyandan sonra torpaq yerinə istifadə edəcik.

Maye bitki gübrəsi.

PH-İstilik ölçən (istəyə bağlı). (agroexpert.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256