SƏNAYE

Qazaxda tütün sahələri genişləndirilir
27 APREL
202

Qazaxda tütün sahələri genişləndirilir

2018-04-27 11:28:00

Qazaxda tütün əkininə başlanılıb. Rayon icra hakimiyyətindən bildiriblər ki, Qazaxda kənd təsərrüfatının gəlirli sahəsi olan tütünçülük ilbəil daha da inkişaf edir. Belə ki, 2016-cı ildə rayon üzrə cəmi 10 hektar sahədə tütün əkilmişdisə, ötən il bu rəqəm 50 hektara çatdırılıb. Bol məhsul yetişdirildiyi üçün sahələrdən 80 tondan çox məhsul götürülüb.

Tütünçülüyün gəlirli sahə olduğunu nəzərə alan fermerlər cari ildə əkin sahələrini genişləndirərək 60 hektara çatdırmağı planlaşdırıblar.

Əkin sahələrini şitillə təmin etmək üçün Cəfərli kəndində 1 hektar ərazidə istixana şəraitində kifayət qədər şitil yetişdirilib. Artıq Kosalar kəndində şitil əkininə başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254