SƏNAYE

"Adler" toyuq cinsini yetişdirmək niyə sərfəlidir? -
25 APREL
1188

"Adler" toyuq cinsini yetişdirmək niyə sərfəlidir? -

2018-04-25 10:36:00

Adler serebrist toyuq cinsi ətlik istiqamət olsa da, yumurta verimi də yaxşıdır. Rus cinsidir, ona görə soyuğa və bizim iqlimə dözümlüdür. Çox sakit heyvanlardır. Xəstəliklərə qarşı müqavimətləri yüksəkdir. Orta ölçülüdürlər. Yemə qarşı davakar deyillər, yalnız vitamin və zülal ehtiyacları yaxşı qarşılanmalıdır.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Özəllikləri

  • çəkisi (fərə, xoruz): 2-4,5 kq
  • ildə 180-200 yumurta verimi
  • yumurtası 60 qram, rəngi açıq-qəhvəyi
  • 6 ayında yumurta verməyə başlayır (amma tövsiyyə edilmir)

Saxlanması

Serebrist toyuqları istənilən tikilidə saxlaya bilərsiniz, yetər ki, quru və təmiz olsun. Sakit təbiətli olduqları üçün həyətdə gəzib dolaşarkən də problem olmayacaq. Yaxşı balanslaşmış yem onlara tez çəki yığmağa, yaxşı immunitetə və sağlam olmaqlarına səbəb olacaq. Həmçinin düzgün yemləmə yaxşı yumurta veriminə də kömək edəcək, xüsusən qışda. Yayda onlar həyətdə də vitamin tapa bilərlər, amma qışda çətin.

Əksiklikləri 

  • ilk aylarda yumurtaları kiçik olur
  • hannibalizmə meyillidirlər
  • yaxşı kürd yatmırlar

Üstünlükləri

  • cücələrin 95% sağ qalması
  • 2-3 il ərzində belə çəki və yumurta verimi azalmır
  • təvazökar heyvanlardır
  • sakit təbiətlidirlər

Adler cücələrini də digər cücələr kimi saxlaya bilərsiniz. Hin quru və təmiz olmalıdır, yel çəkməməlidir, soyuq olmamalıdır. Onlara mütləq isti su və təzə yem verin. Cücə əldə etmək üçün ən yaxşı dövr-yaydır.  Bu dövrdə toyuqlar daha möhkəm olur və yaxşı bala verə bilərlər. Amma yaxşı kürd yatmırlar, gərək inkubatorda çıxarasınız.

Serebrist toyuqları nə qədər yüngüldürsə, bir o qədər çox yumurta verir. Xoruzları isə sürünün qeydinə çox yaxşı qalır. Bəzən bu toyuqlar sussex cinsi ilə qarışdırılır. Haqsız da deyillər. Bu iki cins bir-birinə çox bənzəyir. Sussex ingilis toyuq cinsidir və çox qədimidir.

Sonda balaca bir biznes plan kimi bunu qeyd edək. Əgər çox vaxtınız yoxdursa, amma ailənizi sağlam ət və yumurta ilə təmin etmək istəyirsinizsə bu toyuq cinsi sizin üçün uyğundur. Adler serebrist cücələri 0,70-1 Azn-dən əldə edib böyüdün. Xoruzları kəsimə, fərələri isə yumurtalığa saxlayın. Bir xoruz 15-20 toyuğa hesablanır. 6 ayda yumurta verməyə başlayır, amma deyirlər tez yumurtlamağa başlayan serebristlər sonradan xəstələnir. Ona görə çalışın vaxtında yumurtlasınlar.

Mənbə:agroexpert.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267