SƏNAYE

Tovuzlu fermerlər 5100 hektar sahədə kartof əkib
12 APREL
235

Tovuzlu fermerlər 5100 hektar sahədə kartof əkib

2018-04-12 11:59:00

Respublikanın iri kartofçuluq rayonu olan Tovuzda fermerlər 5100 hektar sahədə kartof əkiblər. Rayonun dağ kəndlərində kartof əkini davam edir. Torpaq mülkiyyətçiləri kartofu həm əllə, həm də texnika vasitəsilə səpirlər.

Tovuz Rayon Statistika İdarəsindən bildirilib ki, 7 min hektardan artıq sahədə şum çıxaran fermerlər 5100 hektar sahədə kartof əkini həyata keçiriblər. Sahələrdə yerli kartof toxumu ilə yanaşı, Ukraynadan gətirilən toxum da əkilir. Hava şəraitinin normal keçməsi səpini uğurla aparmağa imkan verir.

Ötən il tovuzlu fermerlər 7375 hektar sahədə kartof əkib və 169 min 705 ton məhsul istehsal ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259