SƏNAYE

Azərbaycandan Avropa ölkələrinə ixrac missiyaları təşkil ediləcək
14 MART
253

Azərbaycandan Avropa ölkələrinə ixrac missiyaları təşkil ediləcək

2018-03-14 10:56:00

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) Avropa ölkələrinə ixrac missiyaları təşkil edəcək. Bu barədə fondun rəhbəri Rüfət Məmmədov məlumat verib.Onun sözlərinə görə, hazırda Qərbi və Şərqi Avropa ölkələrinin bazarları ilə bağlı araşdırma aparılır: "Araşdırma başa çatdıqdan sonra konkret prioritet sahələri seçiləcək. Artıq bəzi meyvə-tərəvəzlərin Almaniyaya və digər Avropa ölkələrinə ixracı ilə bağlı ilkin razılaşmalar və sifarişlər əldə edilib". 

R.Məmmədov onu da qeyd edib ki, Azərbaycan şərablarının Çinə ixracı artmaqdadır: "Həm şərab ixracının həcmi, həm də ixracda iştirak edən şirkətlərin sayı artıb. Artıq  8 Azərbaycan istehsalçısı öz məhsullarını Çinə ixrac edir". 

Mənbə: Report.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256