SƏNAYE

Şahin Mustafayev: "Azərbaycan İranla Xəzərdə neft və qaz hasilatı sahəsində əməkdaşlıq etmək niyyətindədir"
13 MART
524

Şahin Mustafayev: "Azərbaycan İranla Xəzərdə neft və qaz hasilatı sahəsində əməkdaşlıq etmək niyyətindədir"

2018-03-13 15:50:00

"Azərbaycan, İran və Rusiya birgə energetika dəhlizi yarada bilərlər". Bunu bu gün Tehranda Azərbaycan-İran hökumətlərarası müştərək iqtisadi komissiyasının 12-ci iclasında Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev bildirib. Onun sözlərinə görə, hazırda bununla bağlı hər üç ölkənin nümayəndələri danışıqlar aparır: "Biz İran ilə energetika sahəsində uğurla əməkdaşlıq edirik. Biz artıq ikitərəfli müstəvidən üçtərəfli müstəviyə keçirik".

Nazir qeyd edib ki, Azərbaycan İran ilə birlikdə Xəzər dənizdə birgə neft və qaz hasilatı sahəsində də əməkdaşlıq etmək niyyətindədir.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256