SƏNAYE

"Citibank": Neftin qyməti 2020-ci ilədək 65 dolları keçməyəcək
14 NOYABR
116

"Citibank": Neftin qyməti 2020-ci ilədək 65 dolları keçməyəcək

2017-11-14 18:27:00

Geosiyasi şokların baş verməməsi durumunda dünya bazarında "Brent" markalı neftin qiyməti 2020-ci ilə qədər 65 dolları ötməyəcək. Fins.az "Report"-a istinadən xəbər verir ki, bunu ABŞ-ın nüfuzlu "Citibank" investisiya bankının analitikləri Londonda keçirilən media sammitdə bildiriblər. 

Bu həddin dayanıqlı olaraq keçilməsi isə ABŞ-da şist neft hasilatını stimullaşdırır, digər tərəfdən, OPEC+ ölkələrini hasilatın azaldılması anlaşmasından çıxmağa sövq edir.

"Citibank"ın analitikləri qeyd ediblər ki, OPEC+ anlaşması sayəsində qlobal neft ehtiyatları gözləniləndən daha sürətlə azalmağa başlayıb. Lakin 65 dollar/barel səviyyəsi ABŞ-da şist neft hasilatçılarının hasilatı 3-6 ay ərzində artırmasına səbəb ola bilər. "Buna görə də, 2017-ci ildə neft qiymətlərinin orta həddinin 54-55 dollar/bareldə sabitləşməsi, 2018-cu ildə təxminən orta qiymətlə bu səviyyəyə yaxın olması, 2019-ci ildə isə volatillik proqnozlaşdırılır. Belə ki, 2019-cu ildə neft bazarında yenidən izafi neft təklifi yarana və qiymətlər 50 dollar/bareldən aşağı enə bilər", - deyə analitiklər əlavə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287