SƏNAYE

Nazir: "Azərbaycan bu il kənd təsərrüfatı ixracından 550 mln. dollar qazanacaq"
01 NOYABR
102

Nazir: "Azərbaycan bu il kənd təsərrüfatı ixracından 550 mln. dollar qazanacaq"

2017-11-01 11:02:00

"Vaşinqtonda Azərbaycan kənd investisiya layihəsinin nümayişi keçirilib. Dekabrda isə bu təqdimat Çikaqoda baş tutacaq". 

Fins.az Reporta-a istinadən xəbər verir ki, bunu 1 noyabr - Kənd təsərrüfatı işçilərinin peşə bayramı münasibətilə Bakıda keçirilən tədbirdə çıxış edən Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.

H.Əsədov bu il ərzində ixracdan gəlirlərə də toxunub: "Bu ilin 9 ayında kənd təsərrüfatı ixracından 396 mln. dollar əldə etmişik. İlin sonuna bu rəqəmi 550 mln. dollar səviyyəsində gözləyirik".

Nazir kənd təsərrüfatı sahəsində çalışanlara verilən güzəştli yardımlardan da danışıb: "Bu vaxta qədər 8 100 fermerə 181 mln. manat yardım edilib. Ölkədə maldarlıq sahəsində süni mayalanma da inkişaf edib. Hazırda hər gün süni mayalanma yolu ilə 100 buzov doğulur ki, bu da hər gün 10 min manat yardım deməkdir".

Daha sonra Azərbaycan Prezidentinin aqrar məsələlər üzrə köməkçisi Azər Əmiraslanov dövlət başçısının kənd təsərrüfatı işlərinə təbrik məktubunu oxuyub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9941
  • ₽ RUB
    0.0287