SƏNAYE

İndiyədək Ceyhan limanından 339 milyon tonadək Azərbaycan nefti dünya bazarına çıxarılıb
06 OKTYABR
123

İndiyədək Ceyhan limanından 339 milyon tonadək Azərbaycan nefti dünya bazarına çıxarılıb

2017-10-06 07:30:00

Cari ilin sentyabr ayı ərzində 1 milyon 901 min 415 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarına çıxarılıb.

SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, bu həcmin 1 milyon 204 min 943 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib. Bu ilin yanvar-sentyabr aylarında isə Ceyhan limanından ixrac olunan neftin həcmi 19 milyon 140 min 954 ton təşkil edib.

Ümumiyyətlə, Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) istismara verilən gündən bu il oktyabr ayının 1-dək Ceyhan limanından 338 milyon 975 min 553 ton Azərbaycan nefti dünya bazarına yola salınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+18°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296