SƏNAYE

Azərbaycan Türkiyəyə qaz ixracını artırıb
30 DEKABR 2016
304

Azərbaycan Türkiyəyə qaz ixracını artırıb

2016-12-30 11:36:00

Cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan Türkiyəyə "Şahdəniz-1" layihəsi çərçivəsində hasil olunan 5 mlrd. 308,5 mln. kubmetr qaz ixrac edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,2% çoxdur.

Qeyd edilib ki, cari ilin oktyabr ayında Azərbaycan Türkiyəyə 463,91 mln. kubmetr qaz ixrac edib.

Qaz boru xətləri ilə Türkiyəyə nəql olunan "mavi yanacağ"ın 14,4% Azərbaycanın, qalanı  isə İran və Rusiyanın payına düşür.

2015-ci ildə Azərbaycan Türkiyəyə 6 mlrd. 168,68 mln. kubmetr qaz ixrac edib.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+21°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0209
  • ₽ RUB
    0.0292