SƏNAYE

Neftin qiyməti necə olacaq? - S
02 NOYABR
281

Neftin qiyməti necə olacaq? - S&P-dan PROQNOZ

2016-11-02 13:12:00

Brent markalı neftinin orta illik dəyəri 2017-ci ildə 45 dollar təşkil edəcək. 2018-ci ildə isə 50 dollar olacaq. Fins.az-ın verdiyi məlumata görə, bu haqda Standard & Poor` reytinq agentliyinin "Suveren reytinqlər" şöbəsinin direktoru Ravi Bxatiya söyləyib.

Bxatiya həmçinin, Rusiyanın dövlət büdcəsini də gələcək 3 il üçün qiymətləndirib. Onun fikrincə, Rusiyanın büdcəsini neftin qiymətinin 40 dollardan saydığı üçün konservativ hesab etmək olar. 

Qeyd olunub ki, Rusiyanın kredit reytinqinin yaxşılaşması yalnız neftin qiymətinin bahalaşmasından və ya sanksiyalardan qurtulduqdan sonra gözləmək olar. Xatırladaq ki, bundan öncə Standard & Poor`s Rusiyanın 2 il ərzində suveren reytinqini yüksəldəcəyinə inanmadığını söyləyib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275