SƏNAYE

Sənaye Parkının ərazisindəki köhnə binalar söküləcək
30 SENTYABR
272

Sənaye Parkının ərazisindəki köhnə binalar söküləcək

2016-09-30 10:29:00

İqtisadiyyat Nazirliyi "Sumqayıt Kimya Sənaye Parkı" MMC tərəfindən Mingəçevir Sənaye Parkının Mingəçevir şəhəri, H. Əliyev prospekti, 69 və 79/1 nömrəli ünvanda yerləşən 14,8 hektar torpaq sahəsində köhnə bina və qurğuların söküntüsü və hamarlanması işlərinin satınalınması üçün təkliflər sorğusu keçirilir.

Fins.az Tender komissiyasının yaydığı məlumatına istinadən xəbər verir ki, təkliflər sorğusu iştirakçıları müqaviləni yerinə yetirmək üçün lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

İddiaçılar təkliflər sorğusunda iştirak etmək üçün təkliflər sorğusunda iştirak etmək üçün yazılı müraciət, iştirak haqqının ödənilməsi barədə bank sənədi, qiymət təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır), qiymət təklifi dəyərinin 1%-i həcmində bank təminatı (qiymət təklifinin qüvvədə olma müddəti bitdikdən sonra 30 bank günü), vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq dövlət orqanlarından arayış, iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı, iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri, rəhbər şəxsin (imza sahibinin) tutduğu vəzifəni təsdiq edən sənədin surəti, tələb olunan digər zəruri sənədlər təqdim etməlidirlər.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan təkliflər Azərbaycan dilinə tərcümə olunmalıdır). Təkliflər sorğusu proseduru "Dövlət satınalmaları haqqında" Qanununa uyğun keçiriləcək. İddiaçılar prosedurda iştirak etmək üçün yuxarıda göstərilən sənədləri 14 oktyabr 2016-cı il saat 18.00-dək "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin Bakı şəhəri, Xocalı prospekti 37, "Demirchi Tower" ünvanda yerləşən ofisinə yazılı formada təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 17 oktyabr 2016-cı il, saat 17:00-da Bakı şəhəri, Xocalı prospekti 37, "Demirchi Tower" ünvanda yerləşən ofisdə, iclas zalında açılacaqdır. Zərflərin açılmasında iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Mənbə6 Tender

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274