SƏNAYE

Neftçilər üçün bu rayonlarda ev tikilir - SİYAHI
20 SENTYABR
533

Neftçilər üçün bu rayonlarda ev tikilir - SİYAHI

2016-09-20 10:52:00
Son 10 ildə 3 minə yaxın neftçi ailəsi mənzillə təmin olunub. Fins.az xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayevin "Azərbaycan" qəzetinə açıqlamasında bildirib. 
 
"2010-cu ildə bu məqsədlə yaratdığımız “Neftçi” Mənzil Tikinti Kooperativi uğurla çalışaraq 1 826 neftçi ailəsinə mənzil verilməsini təmin edib. Hazırda SOCAR üzrə 3 392 nəfər mənzil uçotundadır ki, onların da 2 950 nəfəri Bakıda, qalanı isə respublikamızın müxtəlif rayonlarında yaşayır". 
 
R.Abdullayev qeyd edib  ki, bir neçə gün əvvəl Xətai rayonu M. Hadi küçəsində inşa olunan 9 mərtəbəli yeni bir yaşayış binası da istifadəyə verilib. Burada 144 neftçi ailəsi mənzillə təmin olunub. SOCAR-da çalışan gənc mütəxəssislərdən, o cümlədən Təqaüd Proqramının məzunlarından 12 nəfəri də bu binada mənzil alıb. 
 
SOCAR prezidenti bildirib ki, hazırda Lökbatan qəsəbəsində 452 mənzildən ibarət 7 yaşayış binasının inşası davam etdirilir. Qaraçuxur qəsəbəsində 96 mənzilli 1, “Azərikimya” İB-nin əməkçiləri üçün Sumqayıt şəhərində ümumilikdə 272 mənzilli 5 yeni yaşayış binasının tikintisi planlaşdırılır. 
 
Qarşıdakı illərdə isə Bibiheybət qəsəbəsində 820 mənzilli 13 çoxmərtəbəli binadan ibarət yaşayış kompleksi də inşa olunacaq. R.Abdullayevin sözlərinə görə, artıq kompleksin layihələndirmə işləri başa çatdırılıb. "Bakının Buzovna qəsəbəsində 22 hektarlıq ərazidə SOCAR üzrə mənzil uçotunda olanlara fərdi mənzil tikintisi üçün torpaq sahəsi verilməsi nəzərdə tutulur. SOCAR üzrə rayonlarda mənzil uçotunda olanların yaşayış sahələri ilə təmin olunması məqsədilə də mütəmadi olaraq tədbirlər görülür".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275