SƏNAYE

Enerji bazarları investorlar üçün yenidən diqqət mərkəzinə keçir
10 AVQUST
133

Enerji bazarları investorlar üçün yenidən diqqət mərkəzinə keçir

2016-08-10 09:54:00

Dünən və bu gün dünya maliyyə bazarlarında güclü hərəkətliliyə səbəb ola biləcək önəmli iqtisadi göstəricilərin gözlənilməməsi fonunda dolların dünya birjalarında qiymətində üfüqi dalğalanma müşahidə edilir. Lakin əmtəə birjalarında hərəkətlilik davam edir. 

Fins.az İnvest.az-a istinadən xəbər verir ki, tezliklə yayımlanacaq OPEC-in aylıq hesabatı fonunda neft qiymətləri bahalaşır. Son bir həftə ərzində Avropanın Brent markalı neftinin bir barel qiyməti 10%-dan çox bahalaşıb.

Belə ki, dolların dünya birjalarında zəif hərəkətliliyi fonunda EUR/USD cütlüyü hələ də 1.10$ ətrafında ticarət olunur. Yaponiya yeni və İsveçrə frankının dollara nisbətən qiymətində də güclü hərəkətlilik yoxdur. Lakin keçən  həftə Böyük Britaniya Mərkəzi Bankının faizini azaltmasından sonra GBP/USD cütlüyü üzrə həyata keçirilən satışlar qiymətin hələ də ucuzlaşmasına və qiymətin ucuzlaşmaqda davam etməsinə təsir edir.

Enerji bazarlarında isə neftin qiyməti keçən həftənin çərşənbə axşamından etibarən bahalaşmağa başlayıb və bu günə kimi 10.1% dəyər qazanıb. Bahalaşma enerji bazarlarında neftə olan tələbatın artması gözləntiləri fonunda baş verir. Sabah isə OPEC-in neft bazarı ilə bağlı detaylı araşdırılmış aylıq hesabatı yayımlanacaq. 

Bu gün Bakı vaxtı ilə saat 12:30-da Böyük Britaniyanın iyun ayı üzrə istehsal sektoru ilə bağlı iqtisadi göstəricilər yayımlansa da, funtun qiymətində güclü hərəkətliliyə səbəb ola biləcəyi gözlənilmir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275