SƏNAYE

Sənaye məhəlləsində işləmək sərfəlidirmi? - TƏKLİFLƏR MƏLUM OLDU
22 APREL
695

Sənaye məhəlləsində işləmək sərfəlidirmi? - TƏKLİFLƏR MƏLUM OLDU

2016-04-22 12:09:00

Neftaçalada fəaliyyətə başlayacaq Sənaye Məhəlləsində yerlərin və ofislərin icarə qiyməti məlum olub. Xatırladaq ki, yaxın günlərdə Neftçalada ölkənin ilk Sənaye Məhəlləsi fəaliyətə başlayacaq. 

Həm istehsal, həm də xidmət şirkətləri olacaq 

Artıq Sənaye Məhəlləsi üçün ayrılmış 10 ha ərazidə xarici və daxili infrastruktur (elektrik, istilik, qaz, su-kanalizasiya, rabitə, nəqliyyat infrastrukturu) yaradılmış, istehsal sahələri, yanğından mühafizə, inzibati və digər təyinatlı obyektlər tikilib. Bununla əlaqədar olaraq «Azərbaycan İnvestisiya Şirkəti» ASC məhəllədə işləmək istəyən sahibkarlardan təklifləri qəbul etməyə başlayıb. Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərmək istəyən sahibkarlar "Azərbaycan İnvestisiya Şirkəti" ASC-yə müraciət edə bilərlər. «Xatırladırıq ki, Neftçala Sənaye Məhəlləsində yerlər məhduddur»-deyə məlumatda bildirilirdi.

         Sahibkarlara hazır tikililər veriləcək

"Azərbaycan İnvestisiya Şirkəti"  şirkətindən fins.az-a verilən məlumata görə, Sənaye Məhəlləsində istehsal sahəsi yaratmaq istəyən sahibkarlar üçün əlverişli variantlar təklif olunacaq. Belə ki, sahibkarların sifarişi ilə onlar üçün istehsal sahəsi, məsələn zavod-fabrik binası tikiləcək. Tikili, sahibkarlara hazır şəkildə təqdim olunacaq və uzunmüddətli icarəyə veriləcək. Başqa sözlə, sahibkarlar tikinti aparmaq məcburiyyətində qalmayacaqlar.  

          Boş torpaqlar təqdim olunacaq

İstehsal sahəsi üçün binanı sahibkarlar özləri də tikə bilərlər. Belə olan halda onlar Məhəllədə boş torpaq sahəsi icarəyə götürməlidirlər. Şirkətdən verilən məlumata görə, iş adamları və şirkətlər torpağı icarəyə götürməli olacaqlar.

          Bank, sığorta və hüquq şirkətləri üçün hazır ofislər

Qeyd edildiyi kimi Sənaye Məhəlləsində istehsal sahələri ilə yanaşı sahibkarlara üçün bank, sığorta, hüquq və  digər xidmətləri üçün də ofislər ayrılıb. Bu şəxslər Məhəllənin öz inzibati binasında yerləşəcəklər.

Həm hazır istehsal sahələri, həm boş torpaqlar, həm də ofislərlə bağlı icarə qiymətləri dəqiqləşdirilməkdədir. Amma şirkətlən fins.az-a bildiriib ki, iş adamlarına əlverişli variantlar təklif ediləcək.

Vergi, kommunal və tullantı xərclərini sahibkarlar ödəyəcək 

Şirkətdən verilən məlumata görə, artıq Sənaye Məhəlləsində bütün kommunal xidmətlər yaradılıb. Sahibkar  icarə haqqından əlavə vergi, kommunal, tulantı  və digər xidmət xərclərini özü ödəməlidir. 

Sahibkarlara ucuz mühasib xidməti 

Eyni zamanda burada mühasibatlıq xidmətləri də göstəriləcək. Bu xidmətdən yararlanmaq isə sahibkarlara əlavə işçi saxlamaqdan daha sərfəlidir. Məsələn, mühasibatın aparılması üçün sahibkar 500 manat xərc çəkirsə, bu xidmətdən istifadə ona 300 manata başa gələcək. 

Kimyəvi istehsal sahələri qadağandır 

“Azərbaycan İnvestisiya Şirkəti"ndən bildirilib ki, sənaye məhəlləsində yalnız kimyəvi  istehsal sahələrinin qurulmasına icazə verilmir.Məsələn, buna dərman və ya rəng istehsalı sahələrini aid etmək olar.Belə ki, təmizləyici qurğular, kimyəvi istehsal sahələri üçün nəzərdə tutulmayıb. Səbəb də bununla bağlıdır. 

Artıq 6-7 şirkət müraciət edib 

Şirkətdən verilən məlumata görə, artıq 6-7 şirkət burada istehsal sahəsi yaratmaq üçün müraciət edib.Bunlar tikinti materialları, mebel, balıq konservi, balıq yemi, kənd təsərrüfatı ləvazimatlarının istehsalı sahələridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272