ANALİTİKA

Tur operatorların “Fond Pulu” necə formalaşacaq? - ARAŞDIRMA
16 SENTYABR
333

Tur operatorların “Fond Pulu” necə formalaşacaq? - ARAŞDIRMA

2016-09-16 15:46:00

Azərbaycanda tur operatorlar gözlənilməyən hadisələrlə əlaqədar “Risk fondu” yaratmalı olacaqlar. Çünki bu tələb yeni hazırlanan "Turizm haqqında" qanun layihəsində nəzərdə tutulub.

“Fond pulu” turların qiymətini qaldıracaqmı?

Ekspert Ramin Zamanov  fins.az-a bildirib ki, fonda daxil olacaq məbləğin müəyyənləşdirilməsi və bunun üçün mənbələr əksər ölkələrdə əsasən beynəlxalq standartlara əsaslanaq müəyyən olunur. Məsələn, Türkiyədə bu məbləğ 18 min dollar təşkil edir. Fonda ödəniləcək məbləğin tur operatorun fəaliyyətinin bahalaşmasına gəlincə, Ramin Zamanov  bunun  mümkün olmadığını bildirdi: “Tur paketlərin bahalaşması əsasən otellərin və restoranların qiyməti artırması nəticəsində yaranır”.

Yanlış təsəvvür yaratdığına görə cərimə

Qanun layihəsinə görə, turizm turlarının təşkilatçıları turistə təqdim etdiyi turizm məhsulu barədə məlumat verməlidir. Turizm təşkilatçısı müqavilədə hər hansı məlumatı verməmək yolu ilə istehlakçıda yanlış təsəvvür yaratdığına görə də məsuliyyət daşıyır. Bəs məsuliyyət dedikdə hansı cərimələr nəzərdə tutulur? Ramin Zamanovun  sözlərinə görə, bu cür hallarda turoperatorların  məsuliyyəti satdığı məhsulun qiymətinə müvafiq müəyyən edilir. Yəni, əgər məhsulun qiyməti 100 manatdırsa, onda ya tam olaraq bu məbləğ və ya onun bir hissəsi həcmində zərərçəkənə kompensasiya ödənilir.

Turizm sığortalanması gündəmə gəlir

Layihədə turistlərin təhlükəsinin təminat məsələləri də yer alıb. Layihəyə görə, turizm təhlükəsizliyi üzrə tədbirlər planı hazırlanmalı və həyata keçirilməli, tur marşrutları pasportlaşdırılmalı, barəsindəki məlumatların Dövlət Turizm Reyestrinə daxil edilən zaman təhlükəsizlik qaydalarına əməl edilmənin monitorinqi aparılmalı, turizm sığortalanması həyata keçirilməlidir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274