VAKANSİYA

13 Fevral

Baş mühasib - VAKANSİYA

VMF Şirkəti 1997-ci ildən Azərbaycan saat bazarının pioneri olaraq, dünya şöhrətli İsveçrə, Yaponiya saat markalarının ölkəmizdə tanınması və sevilməsində, keyfiyyətli və brend saat mədəniyyətinin yaradılmasının təməlində durur.

Fins.az xəbər verir ki, VMF Şirkəti "Baş mühasib" vakansiyası elan edir

İş barədə məlumat:

  • Mühasibat şöbəsinin işini düzgün, qaydalara və qanunvericiliyə uyğun təşkil etmək ;
  • Maliyyə uçotu, vergi uçotu və maya dəyəri uçotu üzrə kargüzarlıq işlərinə nəzarət edilməsi ;
  • Kargüzarlıq qaydalarına əsasən şöbə əməkdaşları tərəfindən proseslərin yerinə yetirilməsinə nəzarət edilməsi ;
  • Maliyyə Nazirliyinin mühasibat uçotu standartları üzrə şərhlər və tövsiyələrini  rəhbər tutaraq uçotun aparılmasını təşkil etmək ;
  • Vergi-mühasibat və digər qanunvericilik yeniliklərini yaxından izləmək və müvafiq olaraq rəhbərlik etdiyi sahələrdə tətbiq etmək ;
  • Vergi, statistika və MDSS hesabatlarının hazırlanması və təqdim edilməsi ;
  • Bəyannamələrin hazırlanması və təqdim edilməsi ;
  • Əsas vəsaitlərin, azqiymətlilərin uçotu və amortizasiyası ;
  • Aylıq əmək haqqı hesablanması ;
  • Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması ;
  • Rəhbərlik etdiyi şöbənin işinin effektiv təşkil edilməsi;
  • Əmək haqqı: 1900 azn; 
  • İş rejimi: 6 günlük saat 09:00-18:00 qədər .

Namizədə tələblər:

  • Mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 2 il təcrübəsi
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsini yüksək səviyyədə bilmək;
  • Azərbaycan Respsublikasının Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, Mülki Məcəllə və digər qanunvericilik aktlarının aidiyyatı maddələrini bilmək;
  • 1C 8.3 mühasibat proqramında işləmək bacarığı ;
  • Azərbaycan dili mükəmməl bilməlidir.

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərinizi [email protected] e-mail ünvanına və məktubun mövzusunu qeyd etməklə göndərə bilərsiniz .