VAKANSİYA

13 Fevral

Korporativ və topdan satış üzrə mütəxəssis - VAKANSİYA

“Olivia” Beauty Care geniş assortimentli, Türkiyə, İtaliya, Polşa, Belarus və s. ölkələrdən olan tanınmış, həm də eksklüziv baxım və dekorativ kosmetika, parfümeriya, həmçinin məişətdə istifadə olunan, orta seqmentə uyğun məhsulları təqdim edən multibrend mağazalar şəbəkəsidir. Burada nəyinki qadın, həm də kişi və uşaqlar üçün müxtəlif çeşidli məhsullar yer alıb. Şirkətin fəaliyyət növü  - Gözəllik və şəxsi qulluq məhsullarının pərakəndə satışı.

Fins.az xəbər verir ki, “Olivia” Beauty Care "Korporativ və topdan satış üzrə mütəxəssis"-i vakansiyası elan edir.

Vəzifə öhdəlikləri:

  • Korporativ və topdan satış ilə bağlı əlaqələrin qurulması üçün bazar araşdırılmalarının aparılması və yeni əməkdaşlıqların qurulması;
  • Müştərilərin tələblərinə əsasən təklif paketlərinin hazırlanması və satışın həyata keçirilməsi;
  • Korporativ və topdan satışla bağlı sənədləşmə işlərinin aparılması və arxivləşdirilməsi;
  • Müştəri məmnuniyyəti ilə bağlı araşdırmaların aparılması və məmnuniyyətin qorunması üçün işlərin görülməsi;
  • Ödəmələrin izlənilməsi, gecikən ödənişlər üzrə müştərilərə məlumatın verilməsi və ödənişlərin yığılması;
  • Sifarişlərin çatdırılma prosesinin nəzarətdə saxlanılması;
  • Dövrü hesabatların hazırlanıb struktur rəhbərinə təqdim edilməsi.

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə 3-5 il təcrübə;
  • Kosmetika və özünə baxım sahələrində təcrübə;
  • Səlis azərbaycan və rus dilləri biliyi, ingilis dili biliyi arzu olunandır;
  • Kompüter bilikləri (MS Office);
  • Müştəriyönümlülük, məsuliyyətlilik, dəqiqlik;
  • Təqdim etmə bacarığı, ünsiyyət bacarığı;
  • Startup təcrübəsi arzu olunandır;
  • ERP sisteminin tətbiqində təcrübə arzu olunandır.

İş şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00;

Qeyd olunan tələblərə uyğun namizədlər linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.