VAKANSİYA

12 Fevral

Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinə Ekspert - VAKANSIYA

1993-cü ildə fəaliyyətə başlayan Rabitəbank, tezliklə iqtisadiyyatın müxtəlif sahələrini əhatə etməklə öz fəaliyyət dairəsini genişləndirmiş və universal banka çevrilmişdir. Hazırda Rabitəbankın müştəriləri ticarət, istehsalat, tikinti, kənd təssərüfatı, nəqliyyat, kommunikasiya və başqa sahələri təmsil edən müəssisələrdir. Eyni zamanda, bank fiziki şəxslərə də bütün növ maliyyə xidmətləri göstərir.

Fins.az xəbər verir ki, "Rabitəbank" "Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinə Ekspert" elan edir.

Vəzifə öhdəlikləri:

  • Rəqəmsal xidmətlərin inkişaf trendlərinin izlənilməsi və bazar araşdırmaların aparılması;
  • Özünün çalışdığı müvafiq sahəyə aid olan Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərini, eləcə də Bankdaxili normativ sənədləri (qayda, təlimatlar, siyəsətlər və s.) bilmək və onlara riayət etmək;
  • Rəqəmsal məhsullar (İnternet Bankçılıq, Mobil Bankçılıq, Bot və.s) üzrə yeniliklərlə bağlı texniki şərtlər hazırlamaq, habelə bankda mövcud olanları inkişaf etdirmək və təkmilləşdirmək;
  • Rəqəmsal xidmət kanallarını müəyyən etmək və satış sisteminin təkmilləşdirilməsi üzrə işləri apararaq müvafiq təkliflər vermək;
  • Rəqəmsal məhsulların təkmilləşdirilməsi, onların effektivliyinin artırılması və həyata keçirilməsi üçün zəruri tədbirlər görmək, müştəri xidməti və digər satış strukturları ilə bu istiqamətdə birgə fəaliyyəti qurmaq;
  • Bazar araşdırması nəticəsində əldə olunan məlumatlar əsasında rəqəmsal məhsul və xidmətlərin yaxşılaşdırılması istiqamətində zəruri işləri görmək;

Tələblər:

  • Ali təhsil;
  • Bank sektorunda /oxşar sahədə ən azı 2 il iş təcrübəsi;
  • Digər strukturlarla yüksək ünsiyyət və əməkdaşlıq qabiliyyəti;
  • Analitik düşüncə, texniki tapşırıqların strukturlaşdırılmış qaydada yazılması qabiliyyəti;
  • Qarşıya qoyulan məqsədlərə çata bilmə qabiliyyəti;
  • Yüksək kommunikasiya, təqdimetmə və yazılı ünsiyyət qabiliyyəti;
  • Təşəbbüskarlıq, yaradıcıllıq və innovasiyalara meyillilik;
  • Öyrənməyə və şəxsi inkişafa meyillilik;
  • Azərbaycan, Rus və İngilis dili üzrə biliklər.  

Müraciət üçün linkə keçid edin