VAKANSİYA

09 Fevral

Əlavə bonuslar daxil olmaqla əməkhaqqı 3000 manat olan VAKANSİYA

Azərbaycanda fəaliyyət gösətərən şirkətlərin biri logistika üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

İş yeri: Bakı şəhəri.

İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 5 il.

Təhsil: Ali.

Vəzifə öhdəlikləri:

Yeni yaradılacaq Logistika mərkəzinin qurulmasında və fəaliyyətində iştirak edəcək namizədlər tələb olunur
Logistik sxemlərin formalaşdırılması və inkişafı
Daşınacaq yüklərin siyahısının tərtib edilməsi, yükə aid məlumatların toplanması, xüsusi cədvəldə və daxili əməliyyat sistemində qeydiyyatın aparılması
Daşınmanın maneəsiz həyata keçirilməsi üçün lazımi nəqliyyat sənədlərinin hazırlanıb, aidiyyatı tərəfə təqdim olunması və yük təsliminə qədər nəzarətdə saxlanılması
İdxal əməliyyatlarına və məhsulun paylanmasına nəzarət
Yük yolda olduğu müddətdə daşınmanı izləmək, nəqliyyatın keyfiyyətini və yükün vaxtında verilməsini təhlil etmək və yenilənmiş məlumatlar əsasında qeydiyyat cədvəllərində dəyişikliklərin edilməsi
Daşınma xərclərinin effektivliyini artırmaq üçün yüklərin geopozisiyasını regionlara görə optimallaşdırmaq;
Logistikada risk menecmentini həyata keçirmək-avadanlıq, mal, xammal, material, yük, daşıyıcı məsuliyyəti üçün sığorta təmin etmək;
Gömrük orqanlarına sənədlərin və gömrük məqsədləri üçün zəruri olan əlavə məlumatların təqdim edilməsi
İdxal əməliyyatları üçün nəzərdə tutulan fitosanitar, mənşə və digər sertifikat, lisenziya, icazələrin alınması
Nəqliyyat şirkətləri, brokerlər və gömrük orqanları ilə əməkdaşlıq
Ödənişlərin planlaşdırılması və hesabatın formalaşdırılması
Təchizat, nəqliyyat, anbar və maliyyə sənədlərinin qeydiyyatı
Bazar qiymətlərinin monitorinqi və risklərin dəyərləndirilməsi. 
Rəhbərliyin tələbinə əsasən illik, rüblük və aylıq hesabatların hazırlanması və təqdim edilməsi.

Tələblər:

Yeni Logistika mərkəzinin qurulmasında təcrübəsi olanlara üstünlük verilir;
Müasir standartlara cavab verən Mərkəzin formalaşmasında təcrübəsi olmalı;
Müasir logistika mərkəzlərində iş təcrübəsi önəmlidir;
Beynəlxalq Ticarət Sövdələşməsi qaydaları haqqında biliklər
MS Office (Word, Excel, PowerPoint, Outlook və s.);
Azərbaycan dili – sərbəst, rus və ingilis dilləri – yüksək səviyyədə;
Azərbaycan Respublikası qanunvericiliyinin və logistika sahəsində fəaliyyətini tənzimləyən    normativ hüquqi aktların tələblərini bilməlidir;
Logistika sistemlərinin əsasları, logistika əlaqələrinin formalaşdırılması qaydalarını bilməlidir;
Logistik informasiya sistemləri və onların funksiyalarını bilməlidir;
Logistika planlaşdırmasında proqnozlaşdırma prinsiplərini bilməlidir;
Təchizat, nəqliyyat, anbar, satış və maliyyə sənədlərinin qeydiyyatı üçün tələbləri bilməlidir;
Gömrük və nəqliyyat qanunvericiliyinin əsaslarını bilməlidir;
Biznes planlarının, müqavilələrin, sazişlərin hazırlanması qaydasını bilməlidir;
Bütün nəqliyyat növləri ilə yük daşımalarının təşkilini bilməlidir;
Kənd təsərrüfatı məhsullarının ticarəti barədə biliklər üstünlükdür;
Coğrafi, riyazi və məntiqi biliklər;
Təhlil etmə və problem həll etmə qabiliyyəti;
Detallara qarşı dəqiq və diqqətli olmalı;
Güclü ünsiyyət bacarığı;
Komandada işləmək bacarığı;

Əməkhaqqı: 3000 AZN və əlavə bonuslar

İş şərtləri:

6 günlük (şənbə günü qısa iş günüdür) iş həftəsi;

İstirahət günü: Bazar

Müraciət qaydaları:

CV-nizi elektron poçt ünvanına ([email protected]) mövzu hissəsində vəzifə adını – “Logistika üzrə menecer” yazıb göndərməklə müraciət edə bilərsiniz.