VAKANSİYA

09 Fevral

Əməkhaqqı 2500 manatlıq və əlavə bonusları olan VAKANSİYA

"OMİD" Mağazalar şəbəkəsi Bölgə müdiri (Bakı və regionlar üzrə) vəzifəsi üzrə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

İş barədə məlumat:

Potensial müştəriləri müəyyənləşdirmək, onlarla əlaqə yaratmaq yeni müştərilərin cəlb edilməsi üçün təklifləri hazırlayaraq rəhbərliyə təqdim etmək;
Məhsul və xidmətləri müştərilərə tanıtmaq;
Satış təmsilçilərini idarə etmə bacarığı;
Mövcud müştəri bazasını inkişaf etdirmək və möhkəmləndirmək;
Müştəriləri cəlb etmək üçün kommersiya təklifləri hazırlamaq;
Qiymət siyasətinin formalaşdırılması, satış təhlili və sənədlərin idarə edilməsini həyata keçirmək;
Həftəlik və aylıq satış hesabatlarının hazırlanması;
Müştəri debitor borclarının idarə edilməsi.

Namizədə tələblər:

Müraciət edən namizədlərin şəxsi avtomobili mütləq olmalıdır;
Yaş həddi: 25-40 arası;
Bu sahədə minimum 5 il təcrübə;
Komandada işləmək bacarığı;
Ünsiyyətcil və inandırma bacarığı;
Öz üzərində işləyən, inkişafa meyilli;
Dəqiq, intizamlı və işinə qarşı məsuliyyətli olmaq;
Satış analizini aparmaq bacarığı;
Vaxtın səmərəli idarə olunması bacarığı.

Əmək şəraiti:

Əməkhaqqı: 2500 AZN+bonuslar
İş rejimi: Həftənin 6 günü;
İş saatı: 09:00-dan 18:00-dək

Tələblərə uyğun namizədlər mövzu yerində ərazini və “Bölgə müdiri” qeyd etməklə öz CV-lərini elektron ünvanına göndərə bilərlər.

Müraciət üçün: [email protected] / +994 55 500 91 00