VAKANSİYA

08 Fevral

Aylıq 3000 manatlıq əməkhaqqı - VAKANSİYA

Azərbaycanda fəaliyyət gösətərən "Mazarina Trade Company" şirkəti “İnsan Resursları üzrə Direktor” vəzifəsi üzrə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

Tələblər:

Əvvəlki iş yerlərində minimum 500-700 nəfərlik heyət ilə işləmək təcrübəsi olmalıdır;
İşçi heyətinin Planlaması, İşə Qəbul, Əmək Fəaliyyətinin Qiymətləndirilməsi, Motivasiya və Təlim Sistemlərinin qurulmasında təcrübəsi olmalıdır;
Azərbaycan Respublikası Əmək Qanunvericiliyini mükəmməl səviyyədə bilməlidir;
Ali təhsil;
Müvafiq vəzifədə minimum 5 il iş təcrübəsi olmalıdır;
Yaş həddi: 30-45;
MS Office (Word, Excell, Power Point, Outlook) proqramlarında sərbəst işləmək bacarığı olmalıdır;
Analitik təhlil qabiliyyətinə sahib olmalıdır;
Məsuliyyətli və diqqətli olmalıdır;
Ünsiyyət qurma və yüksək təqdimat bacarığı olmalıdır;
Azərbaycan dili , Rus dili və İngilis dili üstünlükdür
Vəzifə öhdəlikləri:
İnsan Resurslarının idarə olunması proqramını tərtib etmək və müəyyən olunmuş planı şirkət daxilində icra etmək;
İşçiləri motivasiya və demotivasiya edən amilləri araşdırmaq və motivasiya proqramları hazırlamaq;
Müvafiq vakansiyalar üzrə yeni namizədlərin seçilməsi, müsahibələrin aparılması, müasir qiymətləndirmə metodları ilə namizədlərin qiymətləndirilməsi prosesini təşkil və icra etmək;
İnsan Resurlarına dair kargüzarlıq işinin, habelə sənədləşmə prosesinin Azərbaycan Respublikasının Əmək Qanunvericilinə müvafiq olaraq düzgün aparılmasını təşkil etmək;
İnsan Resurlarının fəaliyyəti ilə bağlı mütəmadi olaraq rəhbərliyə hesabatlar təqdim etmək.

İş şəraiti:

Maaş : 2500-3000 AZN
İş vaxtı: 09:00–dan 18:00 dək;
İstirahət günləri: Şənbə və Bazar;
3 aydan sonra könüllü tibbi sığorta ilə təmin olunma imkanı.

Müraciət etmək istəyən namizədlər CV-lərini mail ünvanına ([email protected]) mövzu hissəsinə “İnsan resursları üzrə direktor”qeyd edərək göndərə  bilərsiniz

Ünvan: Ələsgər Qayıbov 12/22 (Gülüstan Palace)