VAKANSİYA

08 Fevral

Korporativ bankçılıq üzrə Müştəri təmsilçisi - VAKANSİYA

2004-cü ildə əsası qoyulan Xalq Bank, qısa zamanda müştərilərin etibarlı tərəfdaşına çevrildi.

Fins.az xəbər verir, "Xalq Bank" "Korporativ bankçılıq üzrə Müştəri təmsilçisi" vakansiyası elan edir

Təsvir:

Yeni korporativ müştərilər cəlb etmək;

  • Potensial müştərilərdən bank xidmətləri üzrə sifarişləri qəbul etmək və satışı həyata keçirmək;
  • Mövcud müştəri portfelini idarə etmək, müştərilərə bu seqmentə aid bütün növ bank məhsullarını satmaq;
  • Müştərilərin ehtiyaclarını müəyyən edərək, onları müvafiq bank xidmət və məhsullarına dair məlumatlandırmaq;
  • Müştəri müraciətlərinin aidiyyatı struktur bölmələr tərəfindən icrasını təmin etmək;
  • Cari və planlaşdırılmış əməkdaşlıqların effektivliyini təhlil etmək;
  • Görülmüş işlər üzrə hesabat vermək.

Tələblər:

  • Maliyyə, menecment və ya iqtisadiyyat istiqaməti üzrə magistr təhsilin olması;
  • Azərbaycan dili mükəmməl səviyyədə (rus və ingilis dili arzuolunandır);
  • Yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı;
  • Yüksək səviyyədə satış bacarığı;
  • Maliyyə hesabatlarının təhlil etmə bacarığı;
  • Tələb olunan sahə üzrə 2 illik iş təcrübəsi.

Müraciət üçün linkdən istifadə edin