VAKANSİYA

10 Mart

PASHA Bank VAKANSİYA elan edir

PASHA Bank APİ və Vəsaitlərin Köçürülmə Dəyərlənməsi üzrə Mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Fins.Az-ın məlumatına görə, bankın vakansiya ilə bağlı öhdəlikləri və tələbləri təqdim olunub.

İşiniz nədən ibarətdir?

  • Bankın Aktiv və Passivlərin idarə edilməsi məqsədilə gündəlik hesabatların hazırlanması;
  • Likvidlik risklərinin idarə olunmasında bankdaxili qaydalara və requlyativ normalara riayət olunmasının təmin edilməsi;
  • FTP (Funds Transfer Pricing) hesabatlarının hazırlanması və effektiv tətbiqində şöbənin işinə dəstək vermək;
  • Bankın likvidlik, faiz və məzənnə risklərindən qorunması istiqamətdə görülən işlərində yaxından iştirak etmək;
  • Sərbəst vəsaitlərin idarə edilməsi və maliyyə bazarlarında investisiya fəaliyyəti məqsədilə müvafiq təkliflərin hazırlanması və monitorinqi;
  • Aktiv və Passivlərin İdarəedilməsi Komitəsi üçün (ALCO) hesabatların hazırlanması;
  • Bankın biznes fəaliyyəti üçün davamlı olaraq tələb olunan maliyyə resursların təmin edilməsi məqsədilə təhlillərin aparılması və proqnozlaşdırılması;
  • Bankın daxili qaydalarına, proseslərinə, siyasətlərinə, təlimatlarına (o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar olan) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət daşımaq;
  • Hər hansı qəzalar, insidentlər və təhlükəli hallar barəsində dərhal birbaşa rəhbərə məlumat vermək;
  • Hər zaman təhlükəsiz, ətraf mühiti qoruyan və çirklənməsinin qarşısını alan qaydada işləmək;
  • Bankın Təşkilati Risklərin İdarəedilməsinə dair siyasətinə əməl etmək;
  • İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımları atmaq;
  • Bank tərəfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən yarım illik və illik hədəflərə çatmaq;
  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.

Sizdən nə tələb olunur?

  • Təhsil: Maliyyə, İqtisadiyyat və ya digər müvafiq sahə üzrə ali təhsil  
  • Tələb olunan iş təcrübəsi: 2 il 
  • Lisenziya / Sertifikat: CFA 1-ci səviyyə və ya FRM 1-ci səviyyə (arzu olunandır)
  • Xarici dillər: İngilis (səlis), Rus (arzuolunandır)
  • Xarici dillər: İngilis (səlis), Rus (arzuolunandır)
  • Maliyyə Bazarları üzrə biliklər: Yerli və xarici maliyyə bazarları və məhsullar üzrə biliklər