VAKANSİYA

28 Sentyabr

Kapital Bank işçi axtarır – VAKANSİYA

Kapital Bank Alternativ satış kanalları şöbəsinin aparıcı mütəxəssisi (Hunter RM) vəzifəsinə işçi axtarır.

Öhdəliklər:

  • Bankın potensial KOS kateqoriyasına aid olan müştəri bazasını müəyyən edir;
  • Müştərilərlə birbaşa ünsiyyətə girir və onları banka cəlb edir;
  • Mövcud müştəri bazası ilə işləyir, müştərilərdən xidmətlər üzrə sifarişlər qəbul edir və sifariş üzrə satışı həyata keçirir; 
  • Müştərilərin əməliyyatlarında yaranmış problemləri həll edir; 
  • Gördüyü işlər haqqında bölmə rəisinə gündəlik müvafiq formaya uyğun elektron hesabat təqdim edir. Şöbə rəisinin göstərişinə əsasən qarşıya qoyulmuş digər vəzifələri yerinə yetirir.

Tələblər:

  • Ali təhsilli olmalı (İqtisadi sahələr arzu olunandır);
  • Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi olmalı;
  • Microsoft Office proqram paketini bilməli;
  • Azərbaycan və Rus dili biliyi olmalı;
  • Komandada işləmək bacarığı olmalı;
  • İşgüzar ünsiyyət və təhlil etmə bacarığı olmalıdır.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az (//hr.kapitalbank.az/vac/detail?vacancyId=1898) portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət edə bilərsiniz.