VAKANSİYA

26 Sentyabr

Araz Supermarket  işçi axtarır – VAKANSİYA

Araz Supermarket Tibbi koordinator vəzifəsinə işçi axtarır.

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahədə 1- 3 il iş təcrübəsi;
  • MS Office proqramları; 
  • Dil bilikləri:Azərbaycan dili (ingilis dili üstünlükdür);
  • Ünsiyyətcil, operativ,təşəbbüskar,komanda ilə işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

  • Şirkət əməkdaşlarının müalicə və əməliyyat olunacaq tibb müəssislərinin təyini, xidmət keyfiyyətinin və yarana biləcək büdcənin müəyyən edilməsi üçün bazar araşdırması etmək və rəhbərliyə təkliflər bildirmək;
  • Əməkdaşlara tibbi dəstək göstərilməsi üçün müvafiq tibb müəssisələr ilə danışıqlar aparmaq;
  • Şirkət əməkdaşlarına şirkətin müvafiq təlimat və prosedurlarına  əsasən tibbi dəstəyin göstərilməsini təmin etmək;
  • Şirkət əməkdaşlarının tibb barədə müraciətlərini qəbul etmək və ilkin müayinədən keçirmək;
  • Tibbi dəstək müraciətlərinin şirkətin müvafiq prosedur və təlimatına uyğun olmasını araşdırmaq;
  • Əməkdaşlara tibbi dəstək göstərildikdən sonra xəstəxana ilə müalicə prosesinin yekunlaşmasının nəzarət edilməsini təmin etmək;
  • Tibbi xərclərin illik büdcəsinin proqnozlaşdırılmasında və rəhbərliyə təqdim edilməsində iştirak etmək;
  • Şirkət əməkdaşları tərəfindən daxil olan müraciətləri qəbul etmək və müvafiq geridönüşlər etmək.

Təminatlar:

  • Nahar ilə təmin edilmə;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  • Servis xidməti.

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Tibbi koordinator” adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.