VAKANSİYA

15 Fevral

"Azərbaycan Beynəlxalq Bankı" işçi axtarır – VAKANSİYA

“ABB” ASC Problemli Kreditlərlə iş departamentinin  Məhkəmələrlə iş və icra şöbəsinə Hüquqşünas (Şirvan-İmişli və Gəncə-Qazax regionu üzrə) vakansiyalarını elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Görəcəyiniz işlər:

·         Problemli kreditlərlə bağlı müraciətlərə baxılması və iddia ərizələrinin hazırlanaraq məhkəmələrə göndərilməsini təmin etmək;

·          Respublikanın məhkəmə orqanlarında Bankın hüquqlarını və qanuni mənafelərini qorumaq, məhkəmə proseslərində iştirak etmək və müvafiq qaydada qanunvericiliyə uyğun tədbirlər görmək;

·         Kredit fəaliyyəti ilə bağlı İddia ərizələrini və pretenziyaları hazırlamaq və aidiyyəti üzrə göndərmək, məhkəmə baxışından qabaq araşdırmalar aparmaq;

·         Bankın maraqlarına uyğun olmayan məhkəmə qərarları ilə bağlı vəsatətlər vermək, bu cür qərarlar barədə apellyasiya və kassasiya şikayətlərini hazırlamaq;

·         Bankın xeyrinə çıxarılan məhkəmə qərarlarının icra olunması üçün lazımi tədbirləri həyata keçirmək.

Bizim üçün ideal namizəd:

·         Hüquq üzrə ali təhsili olan;

·         Müvafiq sahədə  1 ildən artıq iş təcrübəsi olan;

·         Şirvan-İmişli və Gəncə-Qazax regionunda yaşayan namizədlərə üstünlük veriləcəkdir

Əgər bizim axtardığımız ideal namizəd Sizsinizsə CV-nizi  02 mart 2020-ci il  tarixinədək [email protected]  elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən müvafiq vəzifə adının göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.