TURİZM

07 Aprel

5 ulduzlu oteldə istirahət imkanı – LANKARAN SPRİNGS

"LANKARAN SPRINGS WELLNESS RESORT" Respublikamızın cənub zonasında, paytaxtımızdan 250 km məsafədə, Lənkəran şəhərinin Haftoni qəsəbəsində yerləşən yeni, beş ulduzlu otel və eyni zamanda sağlamlıq sanatoriyasıdır. Sanatoriya gözəl dağ-meşə landşaftında, Xəzər dənizindən 15 dəqiqəlik, Lənkəran Beynəlxalq Hava limanından isə 10 dəqiqəlik məsafədə yerləşir. Sanatoriyanın yeni tikilmiş otel binası, sağlamlıq mərkəzi, ictimai spa mərkəzi, uşaq əyləncə mərkəzi və valehedici termal hamamları da daxil olmaqla, 11 hektarlıq ərazini əhatə edir. Otel bir və iki nəfərlik otaqlarla yanaşı, terraslı ailə otağında da rahat yaşayış şərtləri təklif edir. Oteldə “Standart” kateqoriyalı 145, “Yarılüks” kateqoriyalı 25, “Ailəvi” otaq kateqoriyalı 10 və “Lüks” kateqoriyalı 2 otaq olmaqla, hər cür şəraitin olduğu ümumilikdə 182 otaq var. Qonaqlar açıq terrasda füsunkar təbiətin bəxş etdiyi mənzərədən zövq alaraq yerli və əcnəbi mətbəxin ləziz təamlarından dada bilərlər. Qonaqlara boulinq, bilyard, masaüstü tennis, ip parkuru, aerobika, fitnes, yoqa, ox atma və digər oyunlar kimi əyləncələrin geniş çeşidi təqdim olunur.

Fins.az xəbər verir ki, PASHA Travel şirkəti Lənkəran Spring otelə tur təşkil edir. Turun qiyməti 121 manatdan başlayır. Qİymətə səhər yemeyi daxildir.