BİZNES

11 İyun
3

Yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nin nəşrə göndərilməsi təxirə salınıb

Yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nin nəşrə göndərilməsi təxirə salınıb.

Fins.az xəbər verir ki, bu barədə "Report"a açıqlamasında AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoyludeyib.

Onun sözlərinə görə, orfoqrafiya lüğətinin təxirə düşməsinin səbəbi Dilçilik İnstitutuna daxil olan yeni təkliflərlə bağlıdır:

"Biz yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ni iyun ayının əvvəlində nəşrə göndərməyi planlaşdırırdıq. Amma sonradan Dilçilik İnstitutuna daxil olan yeni təkliflərlə əlaqədar olaraq, "Azərbaycan dilinin Orfoqrafiya lüğəti"nin iyun ayında nəşrə göndərilməsini təxirə saldıq".

M.Nağısoylu bildirib ki, təkliflər sentyabr ayına qədər müzakirə olunacaq: "Biz yeni təkliflərlə əlaqədar olaraq, hazırda müzakirələrə başlamışıq. Buna görə də yeni "Azərbaycan dilinin Orfoqrafiya lüğəti"nin nəşrə göndərilməsi bu ilin sentyabr ayının sonunda nəzərdə tutulur".

Qeyd edək ki, "Azərbaycan dilinin orfoqrafiya lüğəti" 5 ildən bir hazırlanır.