BAZAR

20 Sentyabr

Yeni tədris ili üçün çap edlən dərsliklərin sayı açıqlanıb

2021-2022-ci tədris ilində ümumtəhsil müəssisələrinin istifadəsi üçün çap edilən dərsliklərin sayı açıqlanıb.

Fins.az xəbər verir ki, bu barədə Təhsil naziri Emin Əmrullayev "Facebook" səhifəsində paylaşım edib.

Nazir deyib ki, 2021-2022-ci tədris ilində ümumtəhsil müəssisələrinin istifadəsi üçün ümumilikdə 270 adda 7 030 264 nüsxə dərslik çap olunub.