SOSİUM

19 İyul

Bu gün peyvənd olunanların statistikası

Bu gün Azərbaycanda koronavirus əleyhinə 483 vaksin vurulub.

“Fins.az” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələdə peyvənd olunanların sayı 181, ikinci mərhələ üzrə 302 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 4 357 839, birinci mərhələ üzrə vaksin olunanların sayı 2 581 000, ikinci mərhələ üzrə isə 1 776 839 nəfər təşkil edir.