SOSİUM

16 Aprel

Azərbaycanda maaşların HƏCMİ AÇIQLANIB

2021-ci ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 692,3 manat olub.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə orta aylıq nominal əməkhaqqı 2,8 faiz azalıb. 

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.