SOSİUM

23 Aprel

BNA: Hər gün 30 avtobus parkında dezinfeksiya işləri aparılır

Bakıda hər gün 30 avtobus qarajında dezinfeksiya işləri aparılır.

Bunu  Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Onun sözlərinə görə, "BakuBus" MMC-yə məxsus 300-dən çox avtobus, o cümlədən 30 daşıyıcı şirkətə məxsus 2100 avtobus hər gün dezinfeklsiya edilir. Bu işlər axşam saat 21:00-dan başlayaraq həyata keçirilir.

Dezinfeksiya işləri 15 taksi şirkətinə məxsus avtomobillərdə və dayancaqlarda da icra olunub.

© APA