SOSİUM

23 Aprel

Şimal bölgəsinə qar yağıb, temperatur mənfi 4 dərəcəyədək enib

Ötən gün şimal bölgəsinin bəzi yaşayış məntəqələrinə qar yağıb. 

Fins.az xəbər verir ki, APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qubanın Xaltan, Qrız və Xınalıq kəndlərində, eləcə də Böyük Qafqaz dağlarının ətəklərində yerləşən yaşayış massivlərində də qar müşahidə olunub. Xınalıqda qarın hündürlüyü 6 sm, Qrızda və  Xaltanda isə 3 sm olub. Ən aşağı temperatur Qubanın Qrız kəndində qeydə alınıb. 

Burda temperatur isə mənfi 4 dərəcəyədək enib.