SOSİUM

17 Aprel

DANX: Sərnişindaşıma fəaliyyəti göstərən sürücülər arasında koronavirusa yoluxma qeydə alınmayıb

Xüsusi karantin rejimi dövründə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən fəaliyyətinə icazə verilən şəhərdaxili (rayondaxili) sərnişin daşımaları, həmçinin “Bakı-Sumqayıt”, “Bakı-Abşeron” və “Sumqayıt-Abşeron” avtobus marşrutları üzrə sərnişindaşıma fəaliyyəti göstərən sürücülər arasında koronavirusa yoluxma halı qeydə alınmayıb.

Bu barədə Fins.az-a DANX-dan məlumat verilib. 

Avtobusların salonlarında və dayanacaqlarda sərnişinlər tərəfindən sosial məsafəyə riayət edilməsinin təmin edilməsi məqsədilə xidmətin əməkdaşları tərəfindən gündəlik nəzarət tədbirləri davam edir.