SOSİUM

07 Mart

Daha bir marşrutun hərəkət istiqaməti dəyişdirilib - ƏHALİNİN NƏZƏRİNƏ

Dadaş Bünyadzadə küçəsindən-Bakı Dairəvi Avtomobil yoluna çıxan yeni yolda asfalt örtüyünün vurulması ilə əlaqədar yolda hərəkət məhdudlaşdırılıb.

Fins.az bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Məlumatda bildirilir ki, hərəkətin məhdudlaşdırılması ilə əlaqədar ərazidə fəaliyyət göstərən 194 nömrəli marşrutun hərəkət istiqaməti dəyişdirilərək M.Xiyabani küçəsi ilə təşkil edilib.