SOSİUM

05 Fevral

Mövlud Çavuşoğlu Azərbaycana gələcək

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bu gün Azərbaycana gələcək.

Fins.az-ın xəbərinə görə, M. Çavuşoğlu sabah Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin Xarici İşlər nazirlərinin növbədənkənar iclasında iştirak edəcək.