SOSİUM

03 Fevral

Temperatur 17 dərəcəyədək yüksələcək – SABAHIN HAVASI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

 Fevralın 4-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir  güclənəcək. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz  10-15, Bakıda  gecə 3-5, gündüz  13-15 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi  755 mm civə sütunundan 749 mm civə sütununa  enəcək, nisbi rütubət  gecə 60-70 gündüz 45-50 faiz olacaq.  

Azərbaycanın rayonlarında

Fevralın 4-də havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

 Havanın temperaturu  gecə  0-5, gündüz  12-17 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz  5-10 dərəcə isti  olacaq

Tibbi-meteoroloji proqnoz

Fevralın 04-05-də Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda gilavar küləyinin əsməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.