SOSİUM

18 Dekabr

Azərbaycanda qeydiyyatda alınan 80 minə yaxın işsiz var

Bu il dekabr ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanlarında qeydiyyata alınan işsiz şəxslərin sayı 79,7 min nəfər olub.

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, onların 36,3 faizini qadınlar təşkil edib. 

İşsizlikdən sığorta ödənişinin orta məbləği 278,6 manat olub.

Dekabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5194,7 min nəfər olub, onlardan 4942,7 min nəfərini məşğul əhali təşkil edib.