Əsas xəbərlər
“Qazprom” un Türkiyəyə qaz ixracı 125% artıb Zelenski Mərkəzi Bankın rəhbərini dəyişməyi planlaşdırır Kapital Bank-ın aktivləri 14.7% artıb -HESABAT Dolların sabaha olan rəsmi məzənnəsi AÇIQLANIB “Mətanət A” məhsulları tədrisdə istifadə olunur Gürcüstanın Azərbaycana borcu açıqlanıb Məşhur aparıcı 2021-ci ilin avtomobilini seçib “Embafinans” QSC-nin istiqrazları Bakı Fond Birjasında listinqə daxil edilib Prezident Füzulidə hər evin neçə sot torpağı olacağını açıqlayıb Tələbələr koronavirusa yoluxdu: Universitetdə dərslər məsafədən tədrisə keçdi – RƏSMİ “Netwoking Azerbaijan” növbəti tədbirini keçirib Azərbaycan ötən həftə Voronej vilayətindən süd və kolbasa idxal edib Fransız lüks markalarının səhmləri kəskin UCUZLAŞDI Bank VTB (Azərbaycan) ASC TENDER ELAN EDİR Azad olunan ərazilərdə sosial infrastrukturun qurulmasına dair təkliflər təqdim edilib İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi əlavə 2,4 milyon manatlıq dərman alır Sabah leysan olacaq – PROQNOZ Bakcell Bakının mərkəzində yenilənmiş konsept mağazasını təqdim edib Daha 5 startapa şəhadətnamə verildi Nazirlik: “1 milyonadək işçinin maaşı və 130 minədək tələbənin təqaüdü artırılacaq” ASAN Xidmət tender elan edir Nağdsız ödənişlərdən hər hansı vergi tutulması ilə bağlı açıqlama -RƏSMİ Bakıda 20 nömrəli məktəb distant tədrisə keçib – RƏSMİ Rezidenturanın boş qalan yerlərinə qəbul elan edilib Tesla səhmləri 7 ay ərzində 50% bahalaşıb Azərbaycana gətirilən avtomobillərin sayı AÇIQLANDI – RƏSMİ Anar Əskərov: Marketinq tədbirləri TV izləməyən təbəqəyə təsir etmir Sosial təminat növləri üzrə ödəniş dörd faizə yaxın artıb Azərbaycanla Qətər arasında viza rejimi ləğv edilib Xalq Bankın ödəniş kartlarını Hesab.az-da PULSUZ əldə edin! Orxan Məmmədov: Müvafiq istiqamətlər üzrə 15 layihə maliyyələşdirilib Dövlət başçısının yeni sərəncamı ilə sosial ödənişlərin artımı kimləri əhatə edəcək? – Nazirlik açıqladı “Heç bir kredit götürmədən bu işləri görəcəyik” Bakı Limanının ümumi yük dövriyyəsi 21% artıb 275 ailə Hövsan Yaşayış Kompleksində güzəştli mənzilə sahib olub Yeni İli Şahdağ oteldə keçirmək istəyənlər üçün ƏLA ŞANS Kaspersky xəbərdarlıq edir: zərərli proqrama yönləndirən məktub ala bilərsiniz “SOCAR İstiqrazlarını bizim vasitəmizlə alan fiziki şəxslərin illik 5% qazanmasını təmin edirik” Deputat şəhid anasının “uşaq pulu” ilə bağlı təklifindən danışdı İlham Əliyev xalqa müraciət etdi PAŞA Bank “SIBOS 2021” Beynəlxalq Bankçılıq Forumunda iştirak edib Hökumət maaş, pensiya və müavinətlərin artırılması ilə bağlı təklifləri oktyabrın 21-dək təqdim edəcək Çin iqtisadiyyatı 9,8% böyüyüb Xarici bazarlarda müşahidə olunan inflyasiya Azərbaycana da təsir edir – ARAŞDIRMA İngiltərədə yüksək məvaciblə “Simpsonlar”ı izləyəcək şəxs axtarılır İcbari siğorta üzrə bilmək lazım olan doqquz VACİB MƏQAM Başqırdıstandan Azərbaycana quş əti və yumurtanın gətirilməsinə məhdudiyyət qoyulub Bu il Azərbaycanda qaydaları pozan sürücü və piyadaların sayı açıqlanıb Beynəxalq Bank işçi axtarır Neft kəskin bahalaşdı “İnvestorlar daha böyük bazar dalğalanmalarına hazır olmalıdır” Qızıl yenidən UCUZLAŞDI “Google”dan Azərbaycana bayram təbriki Bu gün Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür Xudafərin körpüsünün işğaldan azad edilməsindən 1 il keçdi Mərkəzi Bank rəsmi valyuta məzənnələrini AÇIQLAYIB Artımlar 1,8 milyon vətəndaşı əhatə edəcək Hökumət maaşların artırılması ilə bağlı işlərə başladı Novak: Avropadan əlavə qaza tələbat yoxdur Əməkhaqları, pensiyalar, sosial müavinətlər və təqaüdlər artırılır – Sərəncam Yeni tarif dəyişikliklərinin – İzahı Tarif Şurası işığın və qazın qiymətinə dəyişiklik etdi Onun ixtirası ilə görə bilməyən insanın görmə qabiliyyəti bərpa oluna bilər Azərbaycan Sənaye Bank-nın kredit portfeli 28,5% azalıb-HESABAT Ərdoğan Azərbaycanla yeni qaz müqaviləsindən danışdı “Bitcoin”in qiyməti 60 min dolları ötüb-REKOR BAHALAŞMA Xalq Bank III rübün yekunlarını elan etdi Günəş, qum və dəniz tətili – DUBAY TURU Havanın temperaturu kəskin enəcək – XƏBƏRDARLIQ Bank Respublika işçi axtarır Bakcell Bakının mərkəzində yenilənmiş konsept mağazasını təqdim edib Peşə təhsili kredit sistemi ilə təşkil olunacaq Deputat TƏBİB və nazirliyi tənqid etdi Son sutkada koronavirusa yoluxanların SAYI AÇIQLANDI Prezident: Azərbaycan İrandan Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağlayıb İlham Əliyev: Biz ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına dair Ermənistanla danışıqlara başlamağa hazırıq 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü iş günü sayılacaq Deputat İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətini yoxlamağa çağırdı 3 sərhəd keçid məntəqəsi arasında avtomobil yolunun tikintisi davam edir “AzFinance” İnvestisiya Şirkəti sahibkarlara onlayn sertifikatlı təlim keçib PAŞA Bank rəsmisi: PAŞA Bank qızıla investisiya etməyib İlham Əliyev: Ağdam şəhərini Qafqazın Hirosiması adlandırırlar FAO Azərbaycanda kənd təsərrüfatı sahəsində 270-dən çox layihə reallaşdırıb Rövnəq Abdullayev TOTAL şirkətinin nümayəndələri ilə görüşüb Milli Məclisdə səhiyyə xərclərinin artırılması təklif olunub Pay torpaqlarına reyestr çıxarışının verilməsinə görə rüsum tutulmayacaq Ekonom Gürcüstan TURU Əmək qabiliyyətinin itirilməsi və ya ölüm hallarına görə təzminat alınması sığorta ilə mümkündür? – AÇIQLAMA Memarlar İttifaqının 85 illik yubileyinə həsr olunan poçt markası buraxılıb Mikayıl Cabbarov türk səfirlə Preferensial Ticarət Sazişinin genişləndirilməsini müzakirə edib Bank of Baku işçi axtarır Unibankda mikro kreditlərin 25%-i avtomatlaşdırılmış sistemlə ayrılır Bakının “Ukrayna dairəsi”ndə konflikt nöqtələrinin sayı 170-dən 23-ə enəcək Ötən ay daha çox hansı xəstəliklərə görə həkimə müraciət olunduğu açıqlanıb Yeni “Land Cruiser”lərin qiyməti “əl yandırır” Azərbaycan iqtisadiyyatı 5%-ə yaxın böyüyüb Naxçıvan Dövlət Ehtiyatları Agentliyi publik hüquqi şəxs yaradılıb Azərbaycanın qeyri-neft ÜDM-i 6,2% artıb Kaspersky-dən kiberbullinqlə bağlı AÇIQLAMA Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 2,8% artıb Milli Məclisin iclası başlayıb Türkiyə Azərbaycandan əlavə 11 mlrd. kubmetr qaz alacaq Azərbaycanda muzdlu işçilərin sayı artıb, ortaaylıq əməkhaqqı 725 manatı keçib Kapital Bank aztəminatlı ailələrə dəstəyini davam etdirir PAŞA Kapital investisiya şirkəti “Silk Vey Vest Aviaşirkəti”-nin 50 milyon dollarlıq istiqraz buraxılışını həyata keçirəcək Azərbaycanda ortaillik inflyasiya 5,2% təşkil edib Məktəblərdə dərsliklər çatışmır? – Nazir müavinindən AÇIQLAMA Benksinin doğrayıcı ilə kəsilmiş rəsmi rekord qiymətə satılıb “Facebook” rəhbərindən “WhatsApp”dakı yeniliklə bağlı paylaşım Buster doza vurduranların sağ qalmaq şansı dəfələrlə artacaq Azərbaycanda yeni peşə təhsili ixtisasları yaradıldı – QƏRAR “Savalan” ASC səhmdarlarının iclası keçiriləcək Bir il əvvəl bu gün azad edilən ərazilər – SİYAHI Qida məhsullarının reytinqi hazırlanıb Vətəndaşların DİQQƏTİNƏ: Bakının bəzi yerlərində su olmayacaq Koronavirusla bağlı SON STATİSTİKA Microsoft LinkedIn-in Çində fəaliyyətini dayandırır Bakı Dövlət Universiteti tender elan edir Kapital Bank işçi axtarır “OBA”marketdə 74 minlik mənimsəmə Bitkoin yenidən rekord həddə BAHALAŞDI Bayden borc limitini artıran qanun layihəsini imzalayıb Neft BAHALAŞIB Zelenskinin Britaniyaya səfər tarixi açıqlandı Müdafiə Nazirliyi daha bir açıqlama yaydı Mərkəzi Bank rəsmi valyuta məzənnələrini AÇIQLAYIB Avropada qazın qiyməti bahalaşdı Azərbaycandakı banklar dollar qəbulunu dayandırıb SOCAR neft hasilatını artırıb-HESABAT Dolların sabaha olan rəsmi məzənnəsi AÇIQLANIB Nazir: “Azərbaycan neftin hazırkı qiymətlərindən razıdır” Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək Yoluxanların sayı bu gün də artdı Dünya maşın bazarında SON VƏZİYYƏT Rövnəq Abdullayev Əlcəzairin səfiri ilə görüşüb Ermənilər Qarabağda olan mədəni abidələrin 95%-ni məhv ediblər – NAZİR Anar Əliyev Caspian Energy Clubun təşkil etdiyi “CEO Lunch”-da iştirak edib Daha bir marşrut avtobusunda önənişlər “BakıKart”la olacaq İnstagram yenidən çökdü Prezident 3,3 milyon manat ayırdı PAŞA Bank rəsmisi: Ümumilkdə 38-ə yaxın fərqli xarici partnyorla geniş əməkdaşlıq edirik Ölkədə əks-göstəriş sertifikatı alanların sayı məlum olub “Hyundai” avtomobilləri üçün çip istehsalına başlayacaq Daimler yeni Mercedes-Maybach konseptini hazırlayır OPEC + nazirləri 2021-ci ilin dekabrında üz-üzə görüşlərini bərpa edə bilərlər Bakı Metropoliteni tender elan edir Sabaha olan HAVA PROQNOZU Azərbaycan və Lukoyl alternativ enerji sahəsindəki layihələri müzakirə edir İndiyədək neçə yeniyetmə vaksinasiya olunub? – RƏSMİ Azərbaycana neçə ölkədən quşçuluq məhsulu gətirilmir? – RƏSMİ Bank VTB (Azərbaycan) ASC tender elan edir

Sığorta bazarlarının postsovet ölkələri üzrə müqayisəli TƏHLİLİ

Sığorta bazarlarının postsovet ölkələri üzrə müqayisəli <span style="color: #ff0000;">TƏHLİLİ</span>

“Meqa həyat sığorta”nın idarə heyətinin sədri Uğur İbrahimlinin sığorta üzrə yeni təhlilini Fins.az təqdim edir:

Sığorta bazarlarını müqayisə etmək üçün beynəlxalq təcrübədə əsasən 3 metoddan istifadə olunur. Bunlar “Sığorta haqlarının həcmi” (Premium Income), “Sığorta sıxlığı” (insurance density) və  “Sığortanın nüfuzetmə faizi” (insurance penetration rate) metodlarıdır. Bu yazıda sığorta bazarlarını müqayisə etmək üçün istifadə edilən metodları qısa olaraq izah etməyə və 15 postsovet ölkəsi üzrə sığorta bazarlarını müqayisə etməyə çalışacağıq.

“Sığorta haqlarının həcmi” (Premium Income) sığorta bazarını ölçmək və digər bazarlarla müqayisə etmək üçün ən çox istifadə edilən metoddur. Bu metodla müvafiq müddət ərzində ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən yığılan sığorta haqları toplanılır və ölkə üzrə ümumi sığorta haqqının həcmi müəyyən edilir. Ümumi sığorta haqlarının həcminə əsasən bir sığorta bazarını digər sığorta bazarı ilə müqayisə etmək mümkündür.

Qeyd etmək lazımdır ki, bazarları müqayisə etmək üçün sığorta haqlarının həcmi heç də əsl mənzərəni ortaya çıxartmır. Məsələn, sığorta haqlarının həcminin Finlandiya və Rusiya Federasiyası üzrə demək olar ki, eyni (~20 mlrd Avro) olmasına baxmayaraq, Finlandiya sığorta bazarı Rusiya sığorta bazarından qat-qat çox inkişaf etmiş bazar sayılır. Buna görə də, sığorta bazarlarını müqayisə etmək üçün daha düzgün sayılan “sığorta sıxlığı” (insurance density) və “sığortanın nüfuzetmə faizi” (insurance penetration rate) metodlarından istifadə edilir.

“Sığorta sıxlığı” (insurance density) ölkə üzrə yığılmış ümumi sığorta haqlarını həmin ölkənin əhalisinin sayına bölməklə hesablanır. Başqa sözlə desək, ölkə üzrə bir şəxs başına düşən ortalama sığorta haqqı sığorta sıxlığı hesab edilir və sığorta bazarları bu göstəriciyə əsasən müqayisə edilir.

Postsovet ölkələrini müqayisə etsək, adambaşına düşən sığorta haqqının ən yüksək göstəricisi Baltikyanı ölkələrdə ~400 Avro, ən aşağı göstərici isə Tacikistan və Qırğızıstandadır ~2 Avrodur.

Müqayisə üçün deyək ki, sığorta sıxlığı 2019-cu ildə İsveçrədə 6200 Avro, Finlandiyada 4700 Avro, Böyük Britaniyada 4000 Avro, Almaniyada isə 2600 Avro təşkil etmişdir. (Mənbə: //www.insuranceeurope.eu/statistics)

 “Sığortanın nüfuzetmə faizi” (insurance penetration rate) ölkə üzrə yığılmış ümumi sığorta haqlarını həmin ölkə üzrə Ümumi Daxili Məhsula (GDP) bölməklə hesablanır. Bu göstərici sığorta fəaliyyətinin ümumi ölkə iqtisadiyyatındakı əhəmiyyəti əks etdirir. Postsovet ölkələrini müqayisə etsək, nüfuzetmə faizi (penetrasiya faizi) üzrə ən yüksək göstəricilər Baltikyanı ölkələrdə ~2%, ən aşağı göstərici isə Qırğızıstanda və Türkmənistandadır ~ 0,2%.

Müqayisə üçün deyək ki, sığortanın penetrasiya faizi 2019-cu ildə Finlandiyada 10,8%, Böyük Britaniyada 10,4%, İsveçrədə 8,4%, Almaniyada isə 6,3% təşkil etmişdir. (Mənbə: //www.insuranceeurope.eu/statistics)

Yuxarıda yazılanlara əlavə olaraq qeyd etmək lazımdır ki, hətta sığorta haqlarının həcmi, sığorta sıxlığı və sığortanın nüfuzetmə faizi oxşar olan ölkələr sığorta bazarında olan rəqabət səviyyəsinə görə çox fərqli ola bilərlər. Bir sığorta bazarında bir-biri ilə güclü rəqabət aparan onlarca sığorta şirkəti, digərində isə əsas payı bir neçə şirkətin, və ya bir monopolist şirkətin əlində cəmləşmiş ola bilər. Bazarları müqayisə edərkən bazarın təmərküzləşməsi və ya bazar konsentrasiyası (market concentration) adlanan bu aspektə də diqqət etmək lazımdır.

Bazar üzrə konsentrasiyanı, başqa sözlə desək bazarda mövcud olan sığorta şirkətləri arasında rəqabət səviyyəsini ölçmək üçün Herfindahl indeksindən (Herfindahl-Hirschman Index və ya HHI) istifadə edilir. Herfindahl indeksi aşağıdakı formul vasitəsi ilə hesablanır:

Burada, si sığorta şirkətinin bazar payı, n isə sığorta şirkətlərinin sayıdır. Sadə dildə desək, ölkədə mövcud olan hər bir sığorta şirkəti üzrə bazar payı hesablanır, onların kvadratları cəmlənir və bazar üzrə Herfindahl indeksi əldə edilir. Əgər əldə olunan göstərici 1000-dən az olarsa bu o deməkdir ki, bazar yüksək rəqabətli bazardır və bazar konsentrasiyası mövcud deyil. Göstərici 1000 – 1800 arasında olduğu halda konsentrasiya orta səviyyədədir. Herfindahl indeksinin göstəricisi 1800-dən artıq olarsa bu o deməkdir ki, bazarda yüksək konsentrasiya mövcuddur, yəni sığorta bazarı bir və ya bir neçə şirkətin əlində cəmləşib.

Təəssüf ki, postsovet ölkələri üzrə sığorta ilə əlaqədar statistik məlumatların qıtlığı hər bir ölkə üzrə Herfindahl indeksinin hesablanmasına imkan vermir. Lakin, qeyd etmək olar ki, əksər postsovet ölkələri üzrə sığorta bazarları orta və yüksək konsentrasiyalı bazarlar sayılır. Azərbaycan sığorta bazarı üzrə Herfindahl indeksini qeyri-həyat seqmenti üzrə tətbiq etsək 2014-cü ildə bu göstəricinin 862 olduğu halda, 2020-ci il üçün indeksin 1880-ə yüksəldiyinin şahidi olarıq.

Qeyd olunanları ümumiləşdirsək, nələri qeyd edə bilərik? Sığorta bazarlarını müqayisə edərkən yalnız sığorta haqlarının həcmi deyil, bazarın inkişaf səviyyəsini özündə əks etdirən digər faktorlar da nəzərə alınmalı – bazarda sığortanın sıxlığı, onun nüfusetmə faizi, eləcə də rəqabətlilik səviyyəsi əsas götürülməlidir. Postsovet ölkələri üzrə sığorta bazarlarının təhlili göstərir ki, Baltikyanı ölkələr istisna olmaqla, digər bazarlarda vəziyyət o qədər də ürək açan deyil. Xüsusi ilə də, Orta Asiya ölkələrində (Qazaxıstan istisna) sığorta bazarının inkişafı ən aşağı səviyyədədir. Sovet İttifaqı zamanı mövcud olan mərkəzləşmiş planlı iqtisadiyyat dövründə, daha sonra SSRİ-nin dağılmasından sonrakı keçid dövründə və nəhayət müasir dövrdə postsovet ölkələri üzrə sığorta sektorunun analizi sığorta biznesinin inkişafına mane olan bir sıra faktorları üzə çıxarır. Bəzi ölkələrdə ölkənin iqtisadi vəziyyəti ən böyük problem sayılsa da, digərlərində qeyri-sağlam rəqabət, inhizarçılıq, sığorta biliklərinin aşağı səviyyədə olması və s. amillər sığortanın inkişafına mane olur.

Tuncay Türbəndəzadə

SHARE THIS STORY

FacebookTelegramTwitter