SIĞORTA

23 Aprel

Mikayıl Cabbarov: \"Sosial sığorta daxilolmalarında qeyri–büdcə təşkilatlarının payı artıb\"

"2021-ci ilin 1-ci rübündə məcburi dövlət sosial sığorta üzrə daxil olmalarda qeyri–büdcə təşkilatlarının payı ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,8% artıb. Həmin təşkilatların ümumi daxilolmalarda xüsusi çəkisi 61% təşkil edib və ötən ilin müvafiq dövründən 2,2% çoxdur"

Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün sosial media hesabında yazıb.