SIĞORTA

21 Aprel

Sığortaçılar Assosiasiyası ARPA ilə əməkdaşlıq sazişi imzalayıb

Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) ilə Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) arasında qurulmuş əməkdaşlıq əlaqələri bu gün rəsmi Saziş ilə yenilənib.

ASA-nın verdiyi məlumata görə, Sazişi Azərbaycan Sığortaçılar Assosiasiyası tərəfindən İcraçı direktor Elmar Mirsalayev, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası tərəfindən isə İdarə Heyətinin sədri Günay Şahbazova imzalayıb.

Əldə olunmuş razılığa əsasən, iki assosiasiya növbəti mərhələdə risk-sığorta istiqamətləri üzrə təşkil olunacaq təlim və bilgiləndirmə layihələrinin icrasında birgə iştirak edəcəklər.