SIĞORTA

26 Dekabr

Standard İnsurance” ASC ötən ilin yekunları ilə bağlı görüş keçirib

“Standard İnsurance” ASC-nin rəhbər heyəti Şirkətin department direktorları və nümayəndəlik rəhbərləri ilə birgə 2020-ci il üçün qarşıda duran prioritet məsələləri müzakirə edib.

Görüşdə Şirkətin ötən 2019-cu il ərzində uğurla icra etdiyi layihələr, imza atdığı yeniliklər, hadisələrin tənzimlənməsi, yeni sığorta məhsulların satışı, Şirkət üçün daim piraritet istiqamətlərdən olan müştəri məmnunluğunun təmin edilməsi üçün atılan addımlar, nümayəndəliklər üzrə digər sığorta növlərinin inkişafı, korporativ etik qaydaların müzakirəsi və növbəti ilin proqnozu kimi mövzular müzakirə olunub.

Daxili Monitorinq qrupu tərəfindən strateji yol xəritələrinin icrası üçün Əməliyyat Planının 2020-ci il üzrə icra olunacaq tədbirlərin həyata keçirilməsində yarana biləcək risklər və növbəti hədəflər iclas iştirakçılarına təqdim edilib. Görüşdə həmçinin ümumilikdə sığorta bazarı, yeni sığorta məhsullarına olan tələbat, satışın həyata keçirilməsi üçün yeni üsul və vasitələrdən istifadə, satış həyata keçirən əməkdaşların təkmilləşməsinin zəruriliyi kimi məsələlər də müzakirə olundu. Şirkət üzrə hər bir deparamentin təmsil olunduğu bu görüşdə nümayəndəliklərin təklifləri dinlənildi, müəyyən qeydlər götürülərək yaxın gələcəkdə, verilmiş təkliflər üzrə müvafiq addımların atılacağı bildirildi. Görüşün gündəliyində nəzərdə tutulmuş bütün məsələlərin geniş müzakirəsinə nail olundu. Tədbirin sonunda ötən il üzrə səmərəli fəaliyyətinə görə fərqlənən əməkdaşlar mükafatlandırılmışdır. Təltif olunan əməkdaşlar işçilərin əməyinə verdiyi diqqət və qiymətə görə “Standard İnsurance” ASC-nin rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Qeyd olundu ki, görüşdə qeyd olunan məsələlər, verilmiş təkliflər üzrə atılacaq addımlar, növbəti ilin proqnozuna nail olmaq üçün öz töhfələrini verəcək. Sonda Şirkət rəhbərliyi 2020-cu ildə daha effektiv fəaliyyətin həyata keçirilməsi ilə bağlı öz tövsiyə və tapşırıqlarını verib, hər bir əməkdaşa uğurlar arzulayıb.