SƏNAYE

16 Aprel

Avrozonada sənaye istehsalı həcmi 6.4% azalıb

Avrozonada sənaye istehsalının həcmi yanvar ayı ilə müqayisədə fevral ayında illik ifadədə 6.4% azalıb, aylıq ifadədə isə 0.8% artıb.

Fins.az xəbər verir ki, analitiklər göstəricinin illik ifadədə 4.2% azalacağını proqnozlaşdırmışdılar. Aylıq ifadədə isə göstərici ekspertlərin proqnozları ilə üst-üstə düşüb.

Aİ-də sənaye istehsalının həcmi fevral ayında illik ifadədə 5.4% azalıb, aylıq ifadədə isə 0.7% artıb.

Eyni zamanda, uzunmüddətli istifadə üçün nəzərdə tutulmuş malların istehsalı aylıq ifadədə Avrozonada 1.4%, Aİ-də isə 1.7% artıb. Qısamüddətli istifadə üçün nəzərdə tutulmuş malların istehsalının həcmi isə Avrozonada 0.9%, Aİ-də 0.5% azalıb.

Avrozonanın yanacaq-energetika sektorunda istehsal həcmi aylıq olaraq 3%, Aİ-də isə 3.3% azalıb. 

Yanvar ayı ilə müqayisədə fevral ayında sənaye istehsalının həcmində ən əhəmiyyətli artım İrlandiyada (+3.8%), Macarıstanda (+3.5%) və Sloveniyada (+3.3%) qeydə alınıb. Aylıq ifadədə ən çox azalma Xorvatiyada (-4.6%), Norveçdə (-4.3%) və Litvada (-3%) qeydə alınıb.