SƏNAYE

13 Aprel

ARDNF AÇG və Şahdəniz yataqlarından əldə olunan gəliri AÇIQLAYIB

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) AÇG və Şahdəniz yataqlarından əldə olunan gəlirləri açıqlayıb.

ARDNF-dən Fins.az-a verilən məlumata görə, AÇG yatağından - (01.01.2024 - 01.04.2024 tarixinə): 1 447,8 mln. ABŞ dolları, Şahdəniz yatağından (qaz və kondensat) - (01.01.2024 - 01.04.2024 tarixinə): 78,5 mln. ABŞ dolları gəlir əldə olunub.

Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər – (01.01.2024 - 01.04.2024 tarixinə): 15,7 mln. ABŞ dolları təşkil edib.

Fuad Mədətov
Fins.az